Naxçıvan gömrüyündə vəziyyət düzəlmir- İndidə gömrük rüsumu artırıldı İDDİA

11-01-2023, 13:09           
Naxçıvan gömrüyündə vəziyyət düzəlmir-
Türkiyədən Naxçıvana mal daşıyan karqolar qiymətləri qaldırıb. Bu karqolar Naxçıvanda gömrük rüsumlarını ödədikdən sonra malları sahiblərinə çatdırırlar. Daşıma qiymətlərinin qalxmasına da, gömrük rüsumlarının bahalanmasının səbəb olduğu bildirilir. TEREF.AZ bildirir ki, bu haqda „Gündəlik Nxçıvan“a bir qrup yerli sahibkar məlumat verib. Onlar deyir ki, yeni ildən daşıdıqları malların hər kiloqramı üçün, karqo onlardan 1 dollar artıq almağa başlayıb. Sahibkar Cavad Rəcəbov deyir ki, qiymətlərin bahalanması səbəbindən, Türkiyə ilə ticarəti dayandırmaq qərarına gəlib:
“Kargo yükü gətirir, Naxçıvan Gömrük İdarəsində rüsumu ödəyir və malı bizə təhvil verir. Biz isə, hər kilo üçün pulu rüsum qarışıq karqoya ödəyirik. Naxçıvanda hakimiyyət dəyişdikdən sonra sevinirdik ki, rüsumlar azaldılacaq, daşıma qiymətləri də endiriləcək. Hər şey əksinə oldu. Vasif Talıbovun vaxtında karqo geyim mallarına 4 dollar, ayaqqabıya isə 4.3 dollar alırdı. Yanvarın 1-dən bu qiymətlər bir dollar bahalanıb. Yəni indi müvafiq olaraq, 5 və 5,3 dollar ödəməliyik. Bu isə malların qiymətinin kəskin bahalaşmasına səbəb olur. İnsanların isə sosial vəziyyəti ağırdır, malın qiymətini qaldırmaq olmur. Bu səbəbdən alış-veriş getmir. “
Digər sahibkar K. Cabbarov deyir ki, bir neçə gün əvvəl İstanbuldan ona mal gəlib. Malı götürmək üçün getdikdə isə, daşıma qiymətlərinin qalxdığını bildiriblər:
“Karqo malı gətiri Naxçıvan Gömrük İdarəsinə, burada rüsumu ödədikdən sonra, bizə təhvil verirlər. Yəni, biz malı elə idarədən götürürük. Lakin, pulu karqoya ödəyirik. Bu dəfə dedilər ki, qiymətlər qalxıb. Əvvəllər hər kiloqram üçün 4 dollar alırdılar. İndi qiyməti 5 dollara qaldırıblar. Məcbur qalıb 50 kilo geyim malına 250 dolların kursuna uyğun manatla pul ödədim. Onlar qiyməti qaldırır, biz isə qaldıra bilmirik. Alıcı qüvvəsi zəifdir. Düşünürdük ki, Naxçıvan gömrükləri Bakıya tabe olandan sonra, risumlar endiriləcək. Əksinə oldu. Biz pulu ödəyəndə, çox vaxt qəbz də verilmir. Yaxud da, qəbzdə yazılmır ki, pulun nə qədəri rüsum üçün ödənib. Ona görə dəqiq deyə bilmərik ki, gömrük idarəsinin rüsum adı altında aldığı büdcəyə keçir, yoxsa ciblərə”
Məsələyə münasibət öyrənmək üçün Naxçıvan MR Dövlət Gömrük İdarəsi ilə əlaqə saxlaya bimədik. İdarənin mövqeyini işıqlandırmağa hazırıq.
Rüşvət və korrupsiyada ittiham olunan Naxçıvan MR Dövlər Gömrük Komitəsi ötən ilin noyabrın 29-da ləğv edilib. Müstəqil olan bu qurumun yerində mərkəzi hakimiyyətə bağlı olan Naxçıvan MR Dövlət Gömrük İdarəsi yaradılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.