Baba Rzayev yenə də yarıtmadı... -. YAYDA DA SINADIQ... QIŞDA DA..

11-01-2023, 17:54           
Baba Rzayev yenə də yarıtmadı... -.
Xəbər verdiyimiz kimi, son günlər havaların kəskin soyuması, nəticədə çovğunla müşahidə edilən qar və buzlaşma ilə əlaqədar ölkənin əsasən dağlıq istiqamətlərində, o cümlədən işğaldan azad edilən bəzi rayonların elektrik veriliş xətlərində müəyyən problemlər orataya çıxıb.

Bu barədə"Azərenerji" ASC-dən bildirilib. Məlumata görə, Xızı, Qəbələ, Ağsu, Yardımlı rayonunları ilə yanaşı, “Kəlbəcər” xəttinin Daşkəsən istiqamətindəki Alaxançallı kəndində, Qubadlı-Laçın xəttinin Güləbird və Şuşa xəttinin Boyük Tağlar kəndlərindən keçən buzlaşmış hissələrində də problemlər yaranıb.

“Bu və digər ərazilərin elektrik enerjisi ilə təmin olunmaları üçün “AzərEnerji” bütün imkanlarını səfərbər edib. Kəskin hava şəraiti işin intensiv aparılmasına mane olur, qarın qalınlığı bəzi ərazilərə texnikanın çıxarılmasını çətinləşdirir. Buna baxmayaraq probleminin həlli istiqamətində ciddi addımlar atılıb və atılır", - deyə səhmdar cəmiyyəti bəyan edib.

Nəzərə çatdıraq ki, 2022-2023-cü ilin payız-qış mövsümünə hazırlıq çərçivəsində “Azərenerji” ASC-nin müəssisələrində müvafiq tədbirlər həyata keçirilib. Qurumdan mətbuata verilən məlumatda bildirilir ki, ölkənin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi, ixrac imkanlarının genişləndirilməsi, enerjinin istehsalı və ötürülməsi üzrə plan tapşırıqlarının yerinə yetirilməsi, enerji müəssisələrində açılma və imtinaların sayının minimuma endirilməsi qarşıya əsas vəzifə olaraq qoyulub. Bu məqsədlə enerji müəssisələrində planlı təmir, təmir-bərpa, yenidənqurma işləri həyata keçirilib. Lazımi yanacaq ehtiyatı tədarük edilib.

Bundan başqa, əsas və köməkçi avadanlıqların təmiri təyin edilmiş normalara uyğun keyfiyyətlə yerinə yetirilib. Elektrik stansiyalarında texniki göstəricilərin yaxşılaşdırılması üzrə mühüm tədbirlər görülüb. Həmçinin, yerinə yetirilmiş təmir işləri qiymətləndirildikdən sonra “Azərenerji” ASC-də yaradılmış Aidiyyəti Tədbirlər Planının yerinə yetirilməsi üzrə Komissiya tərəfindən müəssisələrə 2022-2023-cü ilin payız-qış mövsümünə “Hazırlıq Pasportu”nun verilməsi qərara alınıb.

Maraqlıdır, qış mövsümünə belə ehtiyatlı, qurumun özü bəyan etdiyi kimi mühüm, üstəgəl əlavə tədbirlərin həyata keçirilməsi planlaşdırıldığı açıqlanarkən, bu cür problemlər haradan və nədən qaynaqlanır? Ümimiyyətlə, qurumların qışa hazırlaşarkən verdikləri vədləri, saytlarda dərc elədikləri hesabatları niyə yalnız kağız üzərində qalır? Əhali mövcud problemlərlə niyə qarşılaşmalı, işığa sözün əsl mənasında həsrət qalmalıdır?

Ünvanlanan suallarımıza doğun və ətraflı cavab tapmayacağımıza əminik, amma, yenə də aidiyyəti quruma müraciət edib, qışa hazırlığıa dair hesabatlaırn elə ilk qardaca “əriməsinin” nədən qaynağlandığını öyrənmək istədik.

Azərenerji" ASC-nin İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev bir azdan sözügedən məsələ ilə bağlı sualları sorğu şəklində deyil, ümumi şəkildə mətbuata açıqlayacağını dedi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.