Goranboy təhsilində .ÖZBAŞINALIQ... - NARAZILIQ VAR!
12-01-2023, 18:27
Goranboy sakinləri bildirilər ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə – Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan Təhsil sektorunun tabeliyində fəaliyyət göstərən kənd və qəsəbələrdəki tam orta məktəblərdə nəzarət sistemi sözün əsl mənasında çökdürülüb.
Bəs bu kimi məsələlərə səbəb nədir və qarşısının alınması üçün nə kimi tədbirlər görülməlidir? Hansı addımlar atmaq lazımdır?
Fond pulu, summativ pulu, yaxud süpürgə pulu adı altında valideynlərdən müxtəlif ödənişlər alınır. Belə baxanda indiyə kimi heç səs-küy də yayılmayıb. Buna səbəb isə odur ki, valideynlər bir-biri ilə bəhsə girmək xatirinə, “mənim övladım heç kimdən geri qalmasın”- deyərək bununla razılaşıblar. Doğrudur, bəlkə də hansısa valideyndən 5-10 manatın alınması rüşvət kimi görünmür. Biz artıq buna vərdiş etmişik, övladıma daha yaxşı dərs keçirilsin düşüncəsi şirinlik adı ilə bu işləri görürük. İstər attestatların satılması, uşaqların aylığa buraxılması, müəllimlərin üzərinə dərsdənkənar dərnək məşğlələrinin yazılıb pulunun onlardan alınması, yaxud diaqnostik balı az olan müəllimlərə çox dərs verilib pulunun yarısının mənimsənilməsi halları faktdır ki, 90% Goranboy məktəblərində var.
Bu haqda Dünyanınsəsi.Az sayına Goranboy rayon, M. Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbində təhsil alan bir qrup şagirdin valideyinləri tərəfindən video-şikayət göndərilib.
Şikayətçi valideyinlər saytımıza göndərmiş olduqları videofaktda qeyd edirlər ki, yeni təyin olunmuş sektor müdiri Xayal Mammadov rəhbərliyi sayəsində övladlarımızdan summativ və digər adlar altında yenə də pullar yığılır.Amma X. Məmmədov bununla Elm və Təhsil Nazirliyinin eləcə də cəmiyyətin digər təbəqələrinin gözlərinə “kül” üfürməkdə davam edir.Amma mətbuat orqanlarına vermiş olduğu müsahiblərdə danışır ki, a4 kağızının anbarda sayı bu qədərdir.Amma sektor müdirinin danışdıqları tam ağ yalan olmaqla tabeçiliyində olan direktorlarla əlbir olaraq özü üçün pul qazanmaqla məşğul olduğu iddia edilir.Əgər belə deyilsə nədən Dəliməmmədli şəhər Mahmud Zeynalov adına tam orta məktəbin direktoru Güntəkin Cəfərovanın pul yığımını dayandıra bilmir?
Pul yığımı direktor Güntəkin Cəfərovanın rəhbərlik etdiyi məktəbin 5 b sinifində baş verdiyi iddia edilir.
Redaksiya olaraq qarşı tərəfin də mövqeyini dərc edə bilərik.
Summativlə bağlı pul yığımının videofaktını təqdim edirik: