Naxçıvanda Azər Talıbov və NTV-nin rəhbəri Sahil Tahirli medianın işinə müdaxilə etməyə başlayıblar - BakıTV-nin baş redaktoru FOTOFAKT
26-01-2023, 15:56
Teref.az yazır ki, ünlü jurnalist Aygün Muradxanlı Naxçıvanda baş verənlərlə bağlı bir status paylaşıb. Statusu təqdim edirik? "Naxçıvanda yenə aləm dəyib, məzhəb itib. Baku TV-nin baş redaktoru Tural Müseyibova status sildiriblər. Bizdə var, paylaşaq, oxuyun. Vasif Talıbovun rəsmi vəzifələrini daşıyan Azər Zeynalov Fuad Nəcəflinin çevrəsini sarıb, əski çetedənqalma eybəcər qaydaları yaşatmaq üçün nə gecə yatır, nə gündüz. Əslində düz edir, qoy bir az da zibilə-zımrığa batsın. Yatmaq üçün illərlə vaxtı olacaq. Davam et, Azər, davam et."