Vilyam Hacıyevin “sağ əl”inin başı böyük dərddə - İmişlidə korrupsiya!
1-06-2016, 22:06
Hesabalama Palatasının iki aya yaxındır İmişli rayon Təhsil Şöbəsində apardığı yoxlamalar başa çatıb. Palatanın həyata keçirdiyi audit zamanı ciddi maliyyə pozuntuları aşkarlanıb. Bu barədə Qaynarinfo.az-a rayondakı mənbələrdən məlum olub. Mənbənin bildirdiyinə görə, apartılan yoxlamaların nəticələrinin yaxın vaxtlarda Hesabılama Palatasının Kollegiyasında müzakirə və qəbul ediləcəıyi gözlənilir. “Yerli təhsil şöbəsi İmişli rayonunda ən korrupsiyalaşmış orqanlardan biridir.
Elə bunun nəticəsidir ki, İmişlidə təhsilin səviyyəsi son illərdə kəskin aşağı düşüb. Təsadüfi deyil ki, 2014-cü ildə İmişli rayonlarının ondan əvvəlki məzunlarını təmsil edən abituriyentlərin 40 faizdən çoxu qəbul imtahanlarında 100 baldan aşağı nəticə göstərib. Rayon üzrə tələbə qəbulu imtahanlarının göstəriciləri ilbəil zəifləyir. Bu isə rayonun təhsil başbilənlərinin öz işinə məsuliyyətsiz yanaşmasının, başqa əməllərlə məşğul olmasının nəticəsidir” deyə mənbə vurğulayır.
Qaynaq onu da bildirib ki, Hesablama Palatasının yoxlamaları rayon Təhsil Şöbəsində müəllimlərə artıq əmək haqqı ödənilməsindən tutmuş müxtəlif xərclərədək bir çox nöqsanlar aşkarlayıb: “Bu nöqsanlara görə məsul şəxslərin cəzalandırılıb-cəzalandırılmayacağını isə zaman göstərəcək”. Onu da deyək ki, iddiaya görə, yerli təhsil şöbəsinin müdiri İmiuşlinin icra başçısı Vilyam Hacıyevə kifayət qədər yaxın şəxs hesab olunur.