"UniBank" müştəridən PUL OĞURLAYIR - BUNUN BAŞQA ADI YOXDUR...

8-02-2023, 09:25           
"UniBank" müştəridən PUL OĞURLAYIR - BUNUN BAŞQA ADI YOXDUR...
"Yanvar ayının 16-sı "Uni Bank"ın mobil tətbiqində əlavə etiyim "Rabitabank" kartım ilə ödəniş etdim. Proqramda xəta verdi ödəniş keçmədi. Sabahı gün "Uni Bank"a online çatla müraciət etdim, sorğunu qəbul etdi". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Ağacan Ağayev adlı istifadəçi giley edir.

Narazı vətəndaş daha sonra yazır: "1 həftə sonra operator bildirdiki Rabitə bankla danışın.(Onuda mən yenə yazıb soruşandan sonra dedi, özün axtarmasan itirib axtaranda olmur) Rabitə Bankla danışdım,Uni bankla müqayisədə məsələyə operativ yanaşdılar və bildirdilərki məbləğ bizdən çıxıb ,lakin Uni Bankın tətbiqində ilişib. Bunu Uni Bank həll etməlidir. Bu dəfə getdim Uni Bankın inşaatçılar filialına olanları təkrar danışdım, ordada əməliyyatçı sorğu açdı, axşam zəng vurdular ki Rabitə Bank bizə sorğu göndərməlidir. Bu dəfə Azərbaycan Respublikasının Mərkəzi Bankı na müraciət etdim. Bəlkə onlar yol gorsədələr ki,məsələnin kim həll etməlidir. Müraciətdən 2-3 gün sonra Rabitə Bankdan yenidən zəng etdilər ,yenidən ətraflı izah etdilər ki məsələ bizlik deyil. Sağ olsun həmin bəy,Uni Banklada danışıb onlarada izah edib və Uni bankdan bir mail adres veriblər ki həmin ünvana bir neçə məlumati göndərim,həll olunacaq. Halbuki 2 dəfə həmin məlumatları göndərmişəm, müraciət etmişəm...
Nəysə... yenidən həmən mail-ə göndərdim. 1 həftə keçdi yenə xəbər çıxmadı. Yenidən yazdım soruşdum məsələ nə yerdədir, adiyyatı şöbə araşdırıb məlumat verəcək. Hələ də məlumat verən yoxdur. Ödənişdən artıq 3 həftə keçib. Buda "Sənin bankın" sloganı ilə olan UniBank...
Allah heç kimə o bankla hər hansı problem yaşatmasın".

Qeyd edək ki, narazı vətəndaş şikayətiylə bağlı dəlillərini də təqdim edib:






İddia olunanlarla bağlı Teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.