BU NƏDİR BELƏ: Ölkədə səhiyyə sisteminin başını buraxıblar... - Görünəni budur...
19-04-2023, 12:07
"Səhiyyəmizdən onsuzda əlimizi üzmüşük. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki istər xəstəxanalar olsun, istərsə də digər obyektlərdə hər gün bir dərəbəylik nümunəsi ilə qarşılaşırıq. Az-çox ölkəmizdə qürurla söhbət açdığımız sabitlik qalmışdı, o da əldən gedir". DİA.AZ bildirir ki, bunu öz gileyində tanınmış jurnbalist Zülfüqar Xeyirxəbərov ifadə edib.
Daha sonra narazı jurnalist yazır: "Təxminən saat 21:00 radələrində Səbael rayonu, Bibiheybət yolunda (Səbael DYP ilə üzbəüz) fəaliyyət göstərən "Gloria" Aptekə daxil olub 3 ədəd "Teraflyu" aldım. 3 manat çıxdılar. Qiymətini soruşdum, xanım qız cavab verdi ki 1 manat olub. Ötən həftə həmin yerdən eyni dərmanı səhv etmirəmsə 87 qəpiyə almışdım. Nə zaman bahalşdığını soruşdum. Məlum oldu ki, bahalaşan heç bir şey yoxdu, sadəcə müşətiləri loxlayırlar. İradımı bildirdim, dərmanın dəqiq qiymətini soruşdum. Bu dəfə də xanım qız 95 qəpik olduğunu dedi. Kassadakı bəydən bəs nəyə görə hər dərmana görə 1 manat çıxdığını soruşdum, üstümə hücum çəkdilər. 45-50 yaşlarında üst başı sıliqəsiz bir kişi üstümə şığıdı. Küçə söyüşləri ilə təhqir edib ölümlə təhdid etdi. Deyir "yaxşı edirəm, kefim istəyən qiymətə satıram, bas bayıra yoxsa təpənə bir güllə çaxıb meyitini ataram küçəyə". Səhiyyə nazirimizin canına and olsun ki, şişirdib eləmirəm, əlini cibinə salıb belə də dedi. "Bu saat təpənə bir güllə çaxaram".
Həm də maraqlı bilirsiz nədir? Peşəkar dələduzluq. Kartdan 3 manat çıxır, mən çek tələb edəndə 2.85-lik çek verir. Dövlət Vergi Xidməti yaxşı olar ki, apteklərin fəaliyyətini yoxlasın. Əkəsr apteklərdə çek vermirlər, verdikləri də belə saxtakarlıq.
Hörmətli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ümidvaram ki, həmin şəxsin kimliyi araşdırılacaq, o hər kimdirsə aid olduğu yerə gedəcək.
Hadisə barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin qaynar xəttinə xəbər verə bilmədim, çünki qaynar xəttə heç vaxt cavab vermirlər. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdim. 8-ci bölməyə dəvət edib ərizəmi aldılar. Nəticəsini gözləyirəm. Ortada silahla təhdid var, ictimai yerdə söyüş-təhqir var, istehlakçı hüququnun tapdanması var, süni qiymət artımı, vergidən yaypınma var. Bunlar sıradan hadisə deyil, ölkəmiizn sabitliyinə, təhlükəsizliyinə ciddi təhdidlərdir. Bunun qarşısı vaxtında alınmalı, günahkarlar mütləq cəzalandırılmalıdır. Yoxsa hər yerindən duran xoşu gəlməyənin təpəsinə bir güllə çaxacaq".
Məsələ diqqətimizdədir. İddia olunanlarla bağlı teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...