"Elm və Təhsil Nazirliyi, Universitet rektorları Emili dəvət edib gənclərə təlimlər keçirilməsinə şərait yaradın." -Alim həyacan təbili çalrr...

Dünən, 09:47           
"Elm və Təhsil Nazirliyi, Universitet rektorları Emili dəvət edib gənclərə təlimlər keçirilməsinə şərait yaradın." -Alim həyacan təbili çalrr...
Türk mediası yazır ki, İranın Azərbaycanda 3.500 agenti var. Bu 3.500 agentin üstünə də bir o qədər də narkotiklər satan, paylayan və İrandan gətirənləri əlavə etsək görün bizim ölkədə insanların həm dini həm də fiziki zəhərlənməsini İran necə həyata keçirir
Narkomaniya...İranla sərhəd açılan zamandan ölkəmizdə bu bəlaya düşənlərin sayı günü gündən artır. Ölkədə narkomaniya ilə bağlı təhsil müəssisələrində, ictimai yerlərdə maarifləndirmə çox zəifdir, hara gedirsən hamı şikayət edir ki, məhəllə doludur narkamanla. Təkcə Xırdalanda biz tərəfdə gecələr neçə neçə adam pati üçün əl açıb dilənir, çoxu da gənc insanlar...
Nə etmək lazımdır ki, Narkotiklərə insanlar qurşanmasın? Emil Maqalov uzun illərin dostu və ömrünü narkomaniyaya qarşı mübarizəyə həsr edib. Mən onunla görüşməyə gedirəm ki, maarifləndirici məlumatlar öyrənib sonra tələbələrə başa salım. Çünki Emil nömrə bir ekspertdir. Neçə neçə insanı normal həyata qaytarıb. Bu saat da nə qədər insana dəstək olur ki, bu bəladan xilas olsun..
Elm və Təhsil nazirliyi, universitet rektorları Emili dəvət edib gənclərə təlimlər keçirilməsinə şərait yaradın. İnanın, tam təminat verirəm o təlimlərdən sonra neçə neçə gənc bu bəladan özünü qoruyacaq...
dr Zaur Aliyev
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.