Rihannaya AĞIR İTKİ: ona görə dözülməz ağrılardan əziyyət çəkib - FOTO
Dünən, 09:04

Müğənni Rihannanın atası Ronald Fenti 71 yaşında vəfat edib.
"Referans" xəbər verir ki, bu barədə "Page Six" məlumat yayıb.
Ronald Fenti mayın 31-i səhər tezdən Los-Ancelesdə vəfat edib. Xəbər yayıldıqdan sonra rəsmi ölüm səbəbi dərhal açıqlanmayıb.
"Page Six"in mənbəsinin sözlərinə görə, Fenti “qısa xəstəlikdən” sonra dünyasını dəyişib. Ailə üzvləri onun xatirəsini yad etmək üçün Kaliforniyaya toplaşıblar.
Nəşrin insayderi həmçinin qeyd edib ki, Rihannanın qardaşı Rajad Fenti çərşənbə günü Ronald Fentini ziyarət etmək üçün Cedars-Sinai Tibb Mərkəzində görünüb. Rihannanın avtomobildə qardaşı ilə birlikdə olduğu güman edilirdi, lakin fotolarda görününtülənməyib.
Qeyd edilib ki, Ronald Fenti geyim fabrikində anbar müfəttişi işləyirdi.
Rihanna bildirib ki, uşaqlıq illərində atasının narkotik və spirtli içkilərə meyli olub. Onun aludəçiliyi müğənninin anasından boşanmasına səbəb olub. Rihanna səkkiz yaşından valideynlərinin boşanmasına qədər əsəblər və atası ilə bağlı narahatlıqlar səbəbindən dözülməz başağrılarından əziyyət çəkib. Həmin vaxt həkimlər qızın beynində şiş olduğundan narahat olublar və onu bir neçə KT müayinəsindən keçiriblər.