Səudiyyə Ərəbistanı İranı satın aldı? - Trampa verilən 4 trilyon dolların pərdəarxası

1-06-2025, 11:18           
Səudiyyə Ərəbistanı İranı satın aldı? -
Səudiyyə Ərəbistanı İranı satın aldı? - Trampa verilən 4 trilyon dolların pərdəarxası
ABŞ prezidenti Donald Trampın mayın 13-16-da körfəz ölkələrinə səfəri zamanı həm Səudiyyə Ərəbistanı, həm Qətər, həm də Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ondan İranın nüvə obyektlərinə hücum etməməsi ricasında bulunublar.
Bu barədə İsrail mətbuatı məlumat yayıb.
İddiaya görə, sözügedən üç ölkənin liderləri Trampla görüşlərində İrana qarşı hərbi əməliyyatlar variantına qarşı olduqlarını onun diqqətinə çatdırıblar. Bildirilir ki, ərəb liderləri İsrailin İrana hücum edəcəyi təqdirdə onların da hədəfə alına biləcəyindən narahatdır.
“The New York Times” isə yazıb ki, ABŞ və İran arasında razılaşma əldə olunsa belə, İsrail nüvə obyektlərini hədəfə ala bilər. Tramp da xəbəri təsdiqləyib və bildirib ki, ötən həftə İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığında ondan İranla danışıqları pozacaq hücuma keçməməyi xahiş edib.
Digər bir iddiaya inansaq, Səudiyyə kralı bu yaxınlarda öz oğullarından birini İran dini lideri Əli Xameneiyə minnətçi göndərib. Şahzadə İranda görüşdüyü rəsmilərə kralın adından bildirib ki, Tramp digər ABŞ prezidentlərinə bənzəməz. Onunla çox zarafat etməyib təklif olunan optimal variantla razılaşsınlar. Əks halda Trampın beyni çönər, İsrailə qoşulub İranı bombalayar.
İran dini liderinin bu xəbərdarlığa nə qədər əməl edib-etməyəcəyi bəlli deyil. Bəlli olan budur ki, Trampın Yaxın Şərq səfərindən əlidolu dönməsi təsadüfi sayıla bilməz. Görünən budur ki, körfəz ölkələri 4 trilyon dollara həm də İranı Trampdan satın alıblar. Daha doğrusu, İranın gələcəyini. Bəs İran bu qədərlə razılaşacaqmı?
Sözsüz ki, razılaşacaq. Bəzən qurbanlıq quzular da bıçaq altına düşəcəyini bilmədən satılırlar. Və böyük təmtəraqla qəssab dükanına gətiriləndə o tərəf-bu tərəfə çırpınıb qəssabın əlindən qurtulmağa çalışırlar. Bəziləri müvəqqəti qurtulub ümidləri gəldiyi yerə qaçışırlar da. Amma enində-sonunda qəssablar tərəfindən tutulub bıçaq altına yatırılırlar.
Qəssablıqda məharəti və hünəri ilə seçilən səudiyyəlilər İranı ram edəcəklərindən əmin olmasaydı, 4 trilyon dolları Trampa verərdilərmi?

Heydər Oğuz
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.