İrandan MAQATE-nin hesabatına dərhal reaksiya

1-06-2025, 10:44           
İrandan MAQATE-nin hesabatına dərhal reaksiya
MAQATE-nin son hesabatı İranın agentliklə olan əməkdaşlığının əsl səviyyəsini göstərmir.

Bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

"İran MAQATE ilə prinsipial yanaşma əsasında genişmiqyaslı əməkdaşlığını davam etdirib. Bu, nüvə əməkdaşlığı ilə bağlı hüquq və öhdəliklərə əsaslanır. Təəssüf ki, belə geniş əməkdaşlığa baxmayaraq, hazırlanmış hesabat əməkdaşlığın əsl səviyyəsini tam şəkildə əks etdirmir", – XİN bəyan edib.

Qeyd edirik ki, daha öncə MAQATE İranın gizli şəkildə nüvə proqramı həyata keçirməsi barədə hesabat yayıb. \\Axar.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru