Pişiklərin öz sahiblərini tanımağa imkan verən "radar"ı aşkar olunub

1-06-2025, 11:09           
Pişiklərin öz sahiblərini tanımağa imkan verən "radar"ı aşkar olunub
Ev pişikləri sahiblərini təkcə görkəmindən deyil, xüsusi bir qoxu "radarı" ilə də tanıya bilirlər. Alimlərin fikrincə, pişiklər bunun üçün burunlarının hər iki dəliyindən fərqli şəkildə istifadə edirlər.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "PLOS One" jurnalında dərc edilmiş tədqiqatda deyilir.

Tədqiqat zamanı pişiklərə tanıdıqları və tanımadıqları insanlardan götürülmüş qoxular təqdim edilib.

Nəticələr göstərib ki, pişiklər tanımadıqları insanların qoxusunu daha uzun müddət iyləyir, sahiblərinin qoxusunu isə dərhal tanıyaraq maraqlarını itirirlər. Bu, onların qoxu yaddaşının güclü olduğunu sübut edir.

Ən maraqlısı isə budur ki, pişiklər tanış qoxuları sol burun dəliyi, yad qoxuları isə sağ dəliklə iyləyirlər. Alimlər bunu pişik beyninin məlumatı fərqli yarımkürələrdə emal etməsi ilə izah edirlər.

Mütəxəssislərin sözlərinə görə, qoxu pişiklər üçün sosial əlaqə qurmaq, təhlükəni ayırd etmək və özlərini təhlükəsizlikdə hiss etmək üçün əsas vasitədir. Ona görə də sahiblərinin qoxusu onlar üçün təhlükəsizlik və rahatlıq mənbəyidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.