İndoneziyada karxananın çökməsi nəticəsində 14 nəfər ölüb
Dünən, 10:04
İndoneziyanın Qərbi Yava əyalətində Qununq Kuda karxanasında çökmə baş verib.
Bu barədə xarici KİV məlumat yayıb.
Məlumatda qeyd olunub ki, hadisə nəticəsində 14 nəfər ölüb, 12 nəfər isə yaralanıb.
Səlahiyyətlilər 6-8 nəfərin hələ də dağıntılar altında qaldığını, polis, əsgər, könüllü və 5 ekskavatorun dəstəyi ilə axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.