Rusların İstanbula nə ilə gələcəklərindən xəbərsizik - Zelenski

1-06-2025, 09:43           
Rusların İstanbula nə ilə gələcəklərindən xəbərsizik - Zelenski
Hazırkı vaxta olan məlumata görə, rusiyalıların İstanbula hansı gündəliklə gələcəyi barədə dəqiq informasiya yoxdur. Bizdə, Türkiyədə, ABŞ-da məlumat yoxdur, digər tərəfdaşlarda da yoxdur. Və hələlik bu, o qədər də ciddi görünmür.

Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski xalqa axşam müraciətində bildirib.

O əlavə edib ki, bu məsələni dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla müzakirə edib.

Zelenskinin sözlərinə görə, Ukrayna hakimiyyəti Avropa tərəfdaşları və ABŞ-la birlikdə yeni diplomatik addımlara hazırlaşır.

Qeyd edək ki, İstanbulda danışıqlar iyunun 2-də keçiriləcək. \\Axar.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru