Saç boyayarkən sağlamlıq üçün zərərli qoxulardan qurtulmağın yolları

1-06-2025, 11:58           
Saç boyayarkən sağlamlıq üçün zərərli qoxulardan qurtulmağın yolları
Tərkibindəki kimyəvi maddələrə görə saç boyasının qoxusu baş ağrısından nəfəs darlığına qədər müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər.

"Milliyet" qəzeti xəbər verir ki, mütəxəssislər saç boyayarkən yaranan bu kimyəvi qoxulardan qorunmaq üçün tədbirlər görülməli olduğunu bildirirlər.

Onların sözlərinə görə, qapalı şəraitdə saç boyanması kimyəvi buxarlarla nəfəs almağımıza səbəb ola bilər:

"Buna görə də pəncərəni açmaq və ətrafı havalandırmaq böyük əhəmiyyət kəsb edir. Xüsusilə qoxulara qarşı həssas olanlar üçün maska ​​taxmaq məsləhət görülür. Saç boyaları dəri ilə də təmasda ola bilər. Əlcək taxmaq həm dərini qoruyur, həm də kimyəvi maddələrə məruz qalma müddətini məhdudlaşdırır. Prosedurdan sonra otağın yaxşıca havalandırılması və istifadə olunan materialların kənarlaşdırılması qoxunun qalıcı olmasının qarşısını alır".

Mütəxəssislər boya qarışığını hazırlayarkən və saça sürərkən başı mümkün qədər qarışığa yaxın tutmamağı da məsləhət görürlər:

"Qısa fasilələrlə otaqdan çıxmaq da faydalı ola bilər. Kimyəvi təsirləri azaltmaq üçün prosesi uzatmamaq vacibdir".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.