Yaponlar internetdə sürət möcüzəsi yaratdılar

1-06-2025, 11:48           
Yaponlar internetdə sürət möcüzəsi yaratdılar
Yaponiyanın Milli İnformasiya və Kommunikasiya Texnologiyaları İnstitutunun mühəndisləri məlumat ötürülməsi sahəsində heyrətamiz uğura imza atıblar. Onlar saniyədə 402 terabit sürətlə məlumat ötürərək dünya rekordunu yeniləyiblər.

Oxu.Az-ın "MixNews"a istinadla verdiyi məlumata görə, bu, əvvəlki göstəricini 25% üstələyir.

Mütəxəssislər bildiriblər ki, bu cür sürət bir saniyədə təxminən 12 500 filmi yükləməyə imkan verir.

Belə bir nəticə yeni texnologiyalar və daha əvvəl istifadə olunmamış dalğa uzunluğu diapazonlarının tətbiqi ilə əldə olunub. Rekord hələlik yalnız laboratoriya şəraitində qeydə alınsa da, tədqiqatçılar gələcəkdə bu sürətlərin okeanlararası məlumat ötürməsində də tətbiq olunacağına ümid edirlər.

Qeyd olunur ki, hazırkı dövrün kompüterləri bu qədər yüksək sürətlə işləməyə texniki cəhətdən hazır deyil. Hazırda kommersiya şəbəkələrində internetin maksimal sürəti 10 Gbit/s civarındadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru