Almaniya kansleri ABŞ-a gedir 1-06-2025, 11:14 Almaniya kansleri Fridrix Merz gələn həftə ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona səfər edəcək.Bu barədə hökumət sözçüsü Stefan Korniliusun yaydığı bəyanatda qeyd olunub.O bildirib ki, danışıqlarda Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki vəziyyət və ticarət siyasəti kimi mövzular müzakirə olunacaq. \\Axar.Az Facebook-da paylaş