Böyük Britaniya Ukraynaya nüvə silahının hazırlanmasında kömək edə bilər

1-06-2025, 12:04           
Böyük Britaniya Ukraynaya nüvə silahının hazırlanmasında kömək edə bilər
"Böyük Britaniya Ukraynaya öz nüvə silahını inkişaf etdirməyə kömək etməlidir".

NEWS.ru xəbər verir ki, bunu Böyük Britaniya ordusunun polkovniki Riçard Kemp Odessada Qara Dəniz Təhlükəsizliyi Forumunda deyib.

O, qeyd edib ki, bu ideya strateji tərəfdaşlıq sazişi çərçivəsində həyata keçirilə bilər.

Bundan əvvəl Ukrayna lideri Volodimir Zelenski dəfələrlə Ukrayna üçün nüvə silahının tədarükü və ya hazırlanmasına çağırıb. Bununla belə, Ukrayna hökuməti Kiyevin atom bombası hazırlamaq fikrində olmadığına aydınlıq gətirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru