Səkkiz tibb işçisinə uşaq alveri ittihamı irəli sürülüb

1-06-2025, 10:24           
Səkkiz tibb işçisinə uşaq alveri ittihamı irəli sürülüb
Rusiyanın Primorsk diyarı prokurorluğu yetkinlik yaşına çatmayanların alverində şübhəli bilinən səkkiz tibb işçisinə qarşı ittihamları təsdiqləyib.

Bu barədə Telegram kanalında məlumat yayılıb.

Məlumata görə, 2018-2020-ci illərdə həkimlər saxta tibbi sənədlərlə 13 yeni doğulmuş uşağı xaricə satmaq üçün əməliyyatlar həyata keçiriblər. Onlar bu işdən 53 milyon rubldan çox gəlir əldə ediblər. Cinayətkarlıq məqsədilə sonsuzluğun müalicəsi adı altında köməkçi reproduktiv texnologiyalardan istifadə olunub.

İş məhkəməyə göndərilib, təqsirləndirilənləri 15 ilə qədər həbs cəzası gözləyir. \\Milli.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru