"WhatsApp" bu telefonlarda işləməyəcək - 1 iyun XƏBƏRDARLIĞI

1-06-2025, 09:34           
"WhatsApp" bu telefonlarda işləməyəcək - 1 iyun XƏBƏRDARLIĞI
İyunun 1-dən etibarən "WhatsApp" bir sıra smartfonların köhnə modellərini dəstəkləməyi dayandırır.

Bu barədə "9to5Mac" portalı məlumat yayıb.

Məlumata görə, iOS 15.1 və Android 5.1, yaxud ondan daha köhnə versiyalarla işləyən cihazlarda istifadəçilər artıq "WhatsApp" istifadə edə bilməyəcəklər.

Qərar "iPhone 5s", "iPhone 6" və "iPhone 6 Plus" modellərini, həmçinin yüzlərlə "Android" telefonunu əhatə edir.

Bununla belə, "iPhone 6s", "6s Plus" və SE (1-ci nəsil) istifadəçiləri əgər cihazlarını "iOS 15.8.4"ə yeniləyiblərsə, mesencerdən istifadəni davam etdirə biləcəklər.

Şirkət istifadəçilərə, imkan daxilində, əməliyyat sistemlərini yeniləməyi, mümkün olmadığı təqdirdə isə daha müasir cihazlara keçməyi tövsiyə edib. (Redaktor.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru