Əziz Əzizov daha yüksək vəzifə istəyir, amma deyəsən işindən də olacaq
16-06-2016, 18:51
Cəlilabadın icra başçısı Əziz Əzizov yaxın günlərdə işi ilə vidalaşmalı olacaq. Bu barədə GUNDEMİNFO.AZ-a daxil olan məlumatda deyilir. Məlumata əsasən Əziz Əzizovu da Göyçayın icra başçısı Mübariz Ağayevin taleyi gözləyə bilər.
Elə ki, bir neçə gün öncə M.Ağayev icra başçısı postundan çıxarılarkən sabiq başçı özünə yaxın mənbələr vasitəsilə mediada xəbər yaydı ki, guya başçı postundan çıxarılandan sonra kənd təsərrüfatı nazirinin birinci müavini təyin ediləcək. Başçının işini itirməsi xəbərini yayan elə M.Ağayevin yaxın çevrəsi idi. Və sonradan məlum oldu ki, əslində Mübariz Ağayev daha böyük posta təyin edilmək istəyir. Lakin Bakıda bu qərar verilmədi. Demək olar ki, hər gün səlahiyyətləri azaldılan, deputatları mandatsız qalan, qohumları işdən atılan nəqliyyat nazirinin kadrı olan Mübariz Ağayevin illərlə sığındığı patronundan (Ziya Məmmədovdan red.) qoparaq özünə yeni karyera qurmaq istədiyi də söylənilir.
GUNDEMİNFO.AZ-a daxil olan informasiyaya görə ya xın günlərdə M.Ağayevin yaşadıqlarını Cəlilabadın icra başçısı Əziz Əzizov da yaşaya bilər. Mənbənin iddia etdiyinə görə, elə Ə.Əzizovun da illərlə dəstək aldığı «patronları» olan Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun starteji səlahiyyətlərindən məhrum edilməsi, siyasi baxımdan karyerasının bitmək üzrə olması Cəlilabadın icra başçısına da siraət edəcək.
Məlumatlara əsasən Göyçayın icra başçısı Mübariz Ağayevin istifadə etdiyi «ən pis variantın, ən yaxşısı» variantını işlətmək istəyir. İndi Əziz Əzizov Kərəm Həsənovun zəif düşdüyü bir dönəmdə heç olmasa icra başçısı postunu qorumaq üçün yaxın çevrəsi vasitəsilə daha böyük vəzifəyə təyinat alacağı barədə məlumatlar yayır. Amma uğursuz bir variantın Cəlilabadın icra başçısı ilə bağlı uğurlu alınacağı nə qədər realdır…