ATU-nun rektoru Vilayət Vəliyev sabiq rektorun atasına rəhmət oxudur… - Vilayət Vəliyev ATU-nu şəxsi şirkətə çevirib…

9-06-2023, 10:09           
ATU-nun rektoru Vilayət Vəliyev sabiq rektorun atasına rəhmət oxudur… -
“ALİ ŞƏXSİYYƏT” necə bazar alverçisinə çevrildi…?
Azərbaycanda idarəetməyə münasibətdə bir çürük fəlsəfə var. Birinci hamı, bilən də, bilməyən də deyir ki, “Ölənin dalınca danışmazlar”. Əgər ölən məmur insanlara zülm edibsə, xalqın və dövlətin malını dağıdıbsa, tutaq ki, yerindən-yurdundan olmuş məcburi köçkünlərin hesabına milyonçu olubsa və sonra ölübsə-gəbəribsə, bunun arxasınca danışmaq, onun əməllərini xalqa çatdırmaq niyə qəbahət olmalıdır...? “Tərtər işi” ilə bağlı materiallara baxanda adam düşünür ki, belə məmurların nəinki dirisinə, hətta ölüsünə də lənət oxumaq lazımdır. İkinci çürük yanaşma nədir...? Gələn məmur gedən məmurun atasına rəhmət oxudur...
Bəli, haradasa bir kadr dəyişikliyi olan kimi hamı düşünür ki, vəziyyət yaxşıya, müsbətə doğru dəyişəcək, amma bir müddət sonra deyirlər ki, buna baxanda gedənin atasına rəhmət... Əslində isə gedənlə gələn kadrın heç bir fərqi yoxdur, ikisi də rüvətxor, korrupsioner və daha nələr...
Gəlin bütün bu sadaladıqlarımıza Azərbaycan Texniki Universitetinin ( ATU ) timsalında nəzər salaq.
Bəli, 2019-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə Vilayət Vəliyev Azərbaycan Texniki Universitetinə rektor təyin edildi. Sözün düzü, Vilayət Vəliyevin elmi karyerasına, titullarına baxanda adam az qalır fəxr eləsin. Elmlər doktoru, əməkdar elm xadimi, ABŞ-da elmi-tədqiqat işləri və nələr.. Hətta ATU-nun müəllimlərindən biri o vaxt yazırdı: “Bu gün saat 12-də Təhsil Naziri Ceyhun Bayramov yeni rektoru kollektivə təqdim etdi. Həyatımın 38 ili ATU-da keçib. Tələbə olduğum andan, elmlər doktoru olduğum günə kimi həyatım bu tədris müəssisəsi ilə əlaqəli olub. Prezidentin yeni rektor təyinatını ilk eşidənlərdən biri məhz mən oldum. AzTU-nun həyatında yeni bir GÜNƏŞ doğdu. Zənn edirəm ki, Vilayət Vəleyevin bioqrafiyasını oxuyan hər bir insan onun necə ALİ ŞƏXSİYYƏT olduğu nəticəsinə gələ bilər. O, nəhəng elm adamıdı”. “Bəy tərifi” uzun olduğu üçün burada kəsməyə məcbur olduq. Amma düşünürük ki, bəlkə yazıq müəllim həqiqətən də, səmimi olaraq düşünürmüş ki, Vilayət Vəliyev ATU-da müsbət dəyişikliklər edəcək. Görəsən bu boyda titulların sahibi necə qiymət alverçisinə çevrildi..?
Bax, əsas məsələ budur. Bu gün ATU-nun kollektivi Vilayət Vəliyevin əməllərini görəndə keçmiş rektorların atasına rəhmət oxuyurlar. Biz yazının girişində “rəhmət məsələsindən” əbəs yerə söz açmadıq. Bəli, Vilayət Vəliyev rektor olan kimi İSLAHAT adı altında təcrübəli işçiləri uzaqlaşdırıb qohumlarını vəzifələrə doldurdu.
Təsəvvür edirsiniz, ATU-nun xeyli müəllimi ANONİM deyil e, açıq şəkildə narazılıqlarını mətbuata bildirdilər. Deməli, Vilayət Vəliyev rektor olan kimi özünə 5 müşavir, 2 köməkçi və katibə götürüb. Hamısı da qohumları. Buna deyən yoxdur ki, bu qədər müşavir sənin nəyinə lazımdır..? Hamısı da yüksək maaş alır.
Deməli, rektor Vilayət Vəliyev ATU-ya gələn kimi qaynının qızı Pərvanə Allahverdiyevanı gətirib, əvvəlcə hüquqşünas kimi işə qəbul edib, sonra onun üçün Hüquq sektoru yaradıb, onu Hüquq sektorunun müdiri təyin edib, qohumlarını da sektora işə götürüb. Bu adama deyən yoxdur ki, bura ali məktəbdir ee, hüquq məsləhətxanası deyil. Vilayət Vəliyev qaynının qızı Pərvanə Allahverdiyevaya 2600 manat, yəni prorektorlar səviyyəsində maaş verir. Halbuki, universitetin köhnə işçiləri 400-450 manat maaş alırlar, tam ştat kafedra müdiri, elmlər doktoru, professorlar 1300 manat, fəlsəfə doktoru, dosentlər isə 800 manat maaş alır.
Təsəvvür edirsiniz, rektor Vilayət Vəliyev ibtidai sinif müəllimi olan Qəmər İsayevanı ATU-da tədris hissə müdiri təyin edərək ona 2000 manat maaş verir. Bu professorları təhqir etməkdir. Yeni prorektorlar Rəşad Əliyevin, Kamran Rəsulovun da ixtisasları ATU-ya uyğun deyil. Bu adam gecə yatıb yuxuda nə görürsə, heç kimlə məsləhətləşmədən, müzakirəsiz-zaddsız kafedraları birləşdirir, gülməli kafedralar yaradır, öz adamlarını ora müdir təyin edir.
Təsəvvür edirsiniz, bu adam kafedra ilə fakültənin fərqini bilmir. ATU-dakı kafedraların sayını 41-dən 20-yə salmaqda bu adamın məqsədi varmış. Belə ki, ATU-nun 1-ci mərtəbəsini boşaldaraq özü üçün biznes mərkəzi, ofis yaradır. Hələ bu harasıdır..? Rektor ATU-da universitetin nəzdində “AzTU taksi xidməti” yaradıb. Universitetdə taksi xidmətinin yaradılması universitet üçün biabırçılıqdır. Məlumdur ki, təmir işləri dövlət vəsaitini mənimsəmək üçün ən əlverişli üsuldur. Görünür bu məqsədlə də o, universitetin baş mühasibi vəzifəsinə də öz adamını gətirdi. Cəmi 3 il əvvəl ATU-da 2 il davam edən çox böyük miqyaslı əsaslı təmir işləri başa çatıb, təmirə milyonlarla manat dövlət vəsaiti xərclənib. Ancaq rektor təzə tikilmiş 8-ci binanın 1-ci mərtəbəsindəki böyük yeməkxananı heç bir ehtiyac olmadan, tamamilə sökdürüb, yenidən tikdirdi.
Bəli, rektor Vilayət Vəliyev söküb-tikdirməklə son 3 ildə milyonlara sahib olub. İndi özünüz deyin: istər əvvəlkilər olsun, istərsə də Vilayət, yaxud başqa birisi. Belə rektorların atasına rəhmət düşürmü..?
P.S. ATU-nu bazara çevirən təkcə Vilayət Vəliyev deyil. Onun şərikləri bunlardır:
1.Elm və İnovasiya üzrə prorektor Çətin Elmas(onun 5000 məvacib aldığı söylənilir)
2.Sosial Məsələlər və İctimayyətlə əlaqələr üzrə prorektor Kamran Rəsulov, iqtisad üzrə fəlsəfə doktoru
3.Maliyyə-Təsərrüfat İşləri üzrə prorektor Rəşad Kazımov, iqtisad üzrə fəlsəfə doktoru 4.Rəqəmsallaşma və Layihələr üzrə prorektor Rəşad Əliyev, iqtisad üzrə fəlsəfə doktoru
Yazıda müxtəlif saytların materiallarından istifadə edilmişdir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
gundelik baki.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.