Arif Alışanovdan yeni xəbər var: - Şəkəri qalxıb
30-06-2016, 11:33
Son vaxtlar adı tanınmış telejurnalist Qulu Məhərrəmli ilə məhkəmə çəkişməsində hallanan Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov haqda yeni məlumat əldə etmişik.
Onu sevənlər qoy sevinməsin, vəzifə söhbəti deyil, onsuz da AzTV-ni və 3 (Mədəniyyət, İdman Azərbaycan və İctimai TV) telekanalı idarə etməklə o, Azərbaycanda telemaqnat adını qazanıb.
Bu xəbər heç onu sevməyənlər üçün də deyil, çünki bu xəbərə heç bir Allah bəndəsi sevinməz. Hər kəsin bu dünyada doğulmaq, yaşamaq, xəstələnmək, xəstələndirmək və ölmək haqqı var. O haqq pulsuz-parasız Allah tərəfindən verilib.
Elə Arif Alışanov da belə bəndələrdən biridir. Onun üstündə də Allah dayanıb və etdiyi hər bir əməlini aydınca görür və ölçü götürməyi zamana buraxıb. Bu fikir hamı üçün keçərlidir.
AzToday.az-a daxil olan məlumatlara görə, Arif Alışanov xəstələnib, işə gəlib-getməyinin sayı azalıb. Şəkər öz sözünü deyir.
Allah uzaq eləsin və 10 ilin sədrinə şəkərsiz yeni bir 10 il həyatı arzulayaq. Qoy idarə etdiyi telekanallarının sayı çoxalsın.
Azalan onda şəkər olsun. Şəkərsiz də insan acı olur. Acılılıq hər bir insanı öz canağında partladır.
Azərbaycan Jurnalistlər İttifaqının Jurnalist Sənətkarlığı İnstitutunu bitirən bu sədrə Allahdan şəfa diləyirik.
O İnstituta da dirçəlməyi, yeni məzunlar buraxmağı arzu edirik.
Azərbaycanın görüntülü mediasının taleyi onların əlindəymiş.
Əlləri ruzulu olsun.
Allah hər kəsə öz ruzusunu verir…