“Cahargah" hoteli ilə bağlı planlaşdırılan əməliyyat nədən təxirə salındı?
30-06-2016, 11:44
Əxlaqsızlıq yuvasının sahibi yeni açılan diskoteka vasitəsilə daha çox müştəri cəlb etməyə çalışır Nədənsə son zamanlar paytaxtda, o cümlədən ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən əxlaqsızlıq yuvalarının sayı nəzərəçarpacaq dərəcədə artıb. Belə güman etmək olar ki, "priton" biznesinin kifayət qədər gəlirli sahə olduğunu görən bəzi işbazlar əllərindəki kapitalı bu istiqamətə yönəltməyə və sonda birə beş qazanc əldə etməyə çalışırlar. Həmin şəxslərdən birinin paytaxtın Hövsan-Türkan şossesində yerləşən, faktiki olaraq əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən "Cahargah" hotelinin sahibi həkim-uroloq Kənan Əhmədov olduğunu iddia edən mənbənin verdiyi informasiyada deyilir ki, adıçəkilən "priton"un sahibi məhz yüngül həyat tərzi keçirən qadınların hesabına qısa müddət ərzində külli miqdarda sərvətə sahib olub. Beləliklə, "Cahargah" hotelinin sahibinin özünü arxalı adam kimi təqdim etdiyini və bu məqsədlə bəzi nüfuzlu şəxslərin adından istifadə etdiyini qeyd edən məlumatlı şəxsin sözlərinə görə, əksər dəri-zöhrəvi və yoluxucu xəstəliklər məhz bu tip obyektərdən yayılmağa başlayır: "Deyilənlərə görə, "Cahargah" hotelində yaşanan eybəcərliklərə, iyrənc əməllərə əhəmiyyət verən olmadığından bu əxlaqsızlıq yuvasının sahibi nüfuzlu şəxslərdən birinin adından istifadə edərək açıq-aşkar qadın alverilə məşğul olur. Yaxınlıqda yaşayan əhaliyə və mütəmadi olaraq bura baş çəkənlərə yaxşı bəllidir ki, "Cahargah" hoteli sözün əsl mənasında əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərir. Belə ki, obyekt sahibi heç kimdən və heç nədən çəkinmədən hotelə yeni-yeni fahişələrin cəlb olunmasına çalışır, bu məqsədlə hətta qonşu Gürcüstan, Rusiya və Ukraynaya da səfərlər edir". Yaxınlıqda yaşayan əhalinin "Cahargah" hotelində yaşanan əməllərlə bağlı dəfələrlə aidiyyəti qurumlara şikayət etdiklərini vurğulayan mənbə bildirir ki, hələlik adıçəkilən əxlaqsızlıq yuvası ilə bağlı heç bir müvafiq tədbir görülməyib: "Bu isə onu deməyə əsas verir ki, obyektin sahibinə həqiqətən də hansısa nüfuzlu şəxs, səlahiyyət sahibi himayədarlıq edir. Elə buna görə də heç kim, hətta hüquq-mühafizə orqanları belə, "Cahargah" hotelinə müdaxilə etməyə cürət etmir. Halbuki həmin əxlaqsızlıq yuvasında hər gün xoşa gəlməyən hadisələr baş verməklə yanaşı, həm də güclü səs-küy olur ki, bu da əhalini ciddi şəkildə narahat etməkdədir. Belə ki, gecədən səhərə qədər maşınların hərəkəti, oteldə qızların qəhqəhə ilə gülüşməsi bir yana, orada qızların cinsi istismara məruz qoyulması da sakinlər üçün ciddi narahatlıq yaratmaqdadır. Deyilənlərə görə, axşam saatlarında "Cahargah" hotelinin ərazisi müştəri və onlara "xidmət" göstərmək üçün gələn əxlaqsız qadınlarla - fahişələrlə dolub-daşır. Qeyd edim ki, həmin qadınların bir çoxu ağır dəri-zöhrəvi və yoluxucu xəstəliklər mənbəyidir. Çünki onlar gün ərzində 5-10 müştəri ilə intim münasibətdə olur. Bu isə sonda həmin qadınların virus çəlləyinə çevrilmələrinə səbəb olur. Odur ki, həmin yüngül əxlaqlı qadınlarla əlaqəyə girəndən sonra müştərilər bir sıra dəri-zöhrəvi xəstəliklərə yoluxma riski ilə üz-üzə qalırlar". Bu arada, bir müddət əvvəl hüquq-mühafizə orqanları əməkdaşlarının "Cahargah" hotelinin "priton" kimi fəaliyyət göstərməsi səbəbindən orada əməliyyat keçirmək niyyətində olduqlarını deyən məlumatlı şəxs qeyd edir ki, səlahiyyət sahiblərinin birinin müdaxiləsindən sonra adıçəkilən obyektdə əməliyyatın keçirilməsi təxirə salınıb: "Deyilənlərə görə, bu yaxınlarda "Cahargah" hotelinin daxilində diskoteka açılıb. Görünən odur ki, obyekt sahibi bu yolla daha çox müştəri cəlb etməyə çalışır, həmçinin hoteldə intim xidmət göstərən qadınları diskotekaya gələnlərlə yaxınlıq qurmağa sövq edir. Bildiyiniz kimi, bu gün gənclərin bir qismi diskotekaya meylli olduğundan onların spirtli içki qəbul etdikdən sonra "Cahargah" hotelinin fahişələrilə intim münasibətə girmə ehtimalı olduqca yüksəkdir. Bu isə "priton" sahibinin gəlirlərinin artması deməkdir. Çünki hər yeni müştəri əlavə qazanc mənbəyidir. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının "Cahargah" hotelində keçirilməsi planlaşdırılan əməliyyatdan vaz keçməsinə gəlincə, bu, bir daha onu sübuta yetirir ki, adıçəkilən əxlaqsızlıq yuvasının himayədarı kifayət qədər təsir imkanına malik olun birisidir. Əgər belə olmasaydı, o zaman "Cahargah" hotelinin fəaliyyətinə çoxdan son verilərdi". Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.