SHXÇDX-nin Suraxanı rayon idarəsinin rəisi rüşvət almır?

30-06-2016, 11:49           
SHXÇDX-nin Suraxanı rayon idarəsinin rəisi rüşvət almır?
Arzu Rəhimovun etimad göstərib vəzifəyə qoyduğu Vüsal Həsənov özünü iş görən biri kimi göstərir, əslində isə... Keçmiş hərbi komissarlıqların arasında ən çox qanun pozuntusunun qeydə alındığı rayonlardan biri də Suraxanı idi. Elə bu səbəbdən də Suraxanı rayon hərbi komissarı Təvəkkül Ağayev həbs edildi. Ağayevin barəsində rüşvət alma və hakimiyyətdən və ya qulluq mövqeyindən sui-istifadə etmə maddələri üzrə cinayət işi başlanılmışdı. Respublika Hərbi Komissarlığının ləğv edilərək əvəzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaradılmasından sonra da bu sahədə vəziyyət dəyişməyib. Belə ki, xidmətin bir sıra yerli idarə və şöbələrində özbaşınalıq, eləcə də korrupsiya halları mövcuddur. Bildiyiniz kimi, iyul ayının 1-dən etibarən hərbi xidmətə çağırış dövrü başlayacaq. Hərbi xidmətə çağırışla bağlı artıq bəzi yerli idarə və şöbələrdə bazarlıq aktiv zəminə keçib. Gundelik-baku.com-a verilən məlumatlarda bildirilir ki, SHXÇDX-nin Suraxanı rayon idarəsinin yeni rəisi Vüsal Həsənov da hərbi çağırışla əlaqədar olaraq xeyli fəallaşıb: «O bir neçə ay əvvəl idarəyə rəis təyin edilib. Özünü iş görən, rüşvət götürməyən biri kimi göstərən Həsənov əslində qanunsuz işlər törədir. Belə ki, o özünə yaxın işçilərindən birini hərbi çağırışçıları «maarif»ləndirməyə ayırıb. Yəni hansı gənc möhlət hüququ, yaxud «niqodnıy» hərbi bilet almaq istəyirsə, idarə rəisinin adamı şərtləri ona başa salır. Məsələn, çağırışçı bir «otpravka» möhlət hüququ almaq istəyirsə, bunun müqabilində rəisə 400-500 dəfə «təşəkkür» etməlidir. Yaxud kim hərbi xidmətdən ümumiyyətlə yayınmaq istəyirsə, o zaman «təşəkkür»ün sayı 5000 dəfəyə kimi artır. Vüsal Həsənov idarəyə rəis keçdikdən sonra köhnə rəhbərliyin dövründə hərbi xidmətə yararsız hesab edilən şəxslərin sənədini qaldırmağa başlayıb. Təbii ki, həmin şəxslərin arasında pulla yararsız hərbi bilet alanlar var. Amma elələri də var ki, həqiqətən də, sağlamlıqlarında problem var və onlar hərbi xidmətə yararsızdır. Vüsal müəllim həmin şəxsləri idarəyə çağırıb. Bu şəxslər hərbi xidmətə getməmək üçün rəis nə deyirsə, onu da etməlidir. Deyilənə görə, idarə rəhbəri «niqodnıy» hərbi bileti olanlardan 400 manat istəyib. Pulla hərbi bilet alanlar rəisin istədiyini verməyə məcburdurlar. Əks halda, idarə rəhbəri onları hərbi xidmətə göndərə bilər». Növbəti yazıda Vüsal Həsənovun sürücüsünün Suraxanı rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsində hansı funksiyanı həyata keçirməsi haqda danışacağıq. Bizi izləməyə davam edin. Qarşı tərəfin də cavab haqqını tanıyırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.