Balaxanı sakinləri yolsuz qalıb - ŞİKAYƏT

30-06-2016, 11:58           
Balaxanı sakinləri yolsuz qalıb - ŞİKAYƏT
Bakının Sabunçu Rayonu Balaxanı qəsəbəsinin sakinləri Gununsesi.info vasitəsilə ölkə başçısı İlham Əliyevə müraciət edib. Sakinlər öz müraciətlərində yerli icra orqanlarının və bələdiyyələrin onların problemlərinə biganəliyindən şikayətlənib.

Müraciətdə qeyd olunur ki, Balaxanı qəsəbəsinin yeni yaşayış massivində yaşayan əhali aztəminatlı olmaqla bərabər, yaşlı, xəstə insanların yaşadığı məkan olmaqla yanaşı, həm də həm də orduda çoxsaylı əsgərləri ilə tanınır: “Bunlara baxmayaraq, yollarımız bərbad gündədir. Yayda toz-torpaq, qışda da palçıq əlindən küçəyə çıxa bilmirik. İmkansız adamlarıq, uşaqlarımızın geyimi, yuyulmaqdan cırıq-cırıq olur. Xahiş edirik ki, yolarımızın təmiri üçün göstəriş verəsiniz”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru