Arif Qasımov Eldar Əzizovun obyektini “dondurdu”

1-07-2016, 09:20           
Arif Qasımov Eldar Əzizovun obyektini “dondurdu”
Nizami RİH-nin başçısı Arif Qasımovla Səbayel RİH-nin başçısı Eldar Əzizovun münasibətləri gərginləşib.
RİH başçılarının münasibətlərinin gərginləşməsinə səbəb Eldar Əzizovun Nizami rayonunda yerləşən univermağının fəaliyyətinə Arif Qasımovun maneçilik yaratdırmasıdır.
Qlobal.az-a verilən məlumata görə, 15 ildən artıq müddətdir ki, Nizami rayonu R. Rüstəmov küçəsi ilə N. Şərifli küçəsinin kəsişməsində (Azpetrolla üzbəüz) yerləşən Eldar Əzizova məxsus olduğu iddia olunan birmərtəbəli obyekt ötən ilin fevral ayından “Rahat Marketlər” şəbəkəsinə icarəyə verilib. İcarənin ilkin aylarından obyekt normal fəaliyyət göstərsə də ilin sonundan Nizami RİH-i magistral yolda qəza şəraitlərinin baş verməsini əsas gətirilərək obyektin qarşısında müştərilərin maşınlarının saxlanılmasına qadağa qoyub. Bu qadağadan sonra Eldar Əzizovun icarəyə verdiyi ticarət obyektində alverin dövriyəsində ciddi formada azalma müşahidə olunub. Yaranmış vəziyyət “Rahat Market” şəbəkələrinin müdiriyyəti tərəfindən Eldar Əzizova izah edildikdən sonra icarə qiymətində dəyişikliklər edilib. Məlumata görə, icarə qiymətlərinə edilən bu dəyişikliklər də obyekti “dirildə” bilməyib. Bundan sonra Eldar Əzizov Arif Qasımova özünə yaxın müəyyən kanallar vasitəsilə ismarıclar göndərsə də Arif Qasımov qadağasını aradan qaldırmayıb. Əksinə, deyilənə görə Arif Qasımov Eldar Əzizovun “elçilərinə” obyektin ümumiyyətlə qanunsuz tikildiyini bildirib.
Qeyd edək ki, məlumata görə, Eldar Əzizova məxsus olduğu deyilən bu obyekt əvvəllər əslən Xocavənd rayonundan olan Yelmar adlı iş adamı tərəfindən idarə olunub. Əldə etdiyimiz məlumata görə, Yelmar adlı biznesmenlə Eldar Əzizovun Binəqədi rayonunda şərikli gön-dəri sexləri də var.
Onu da nəzərinizə çatdıraq ki, Eldar Əzizovun biznesmen dostu bir vaxtlar metronun Koroğlu stansiyasının yaxınlığında olan “Bakı-Gön-Dəri” ASC-nin direktor müavini işləyib. “Bakı-Gön-Dəri” ASC-nin direktoru isə indi ömürlük həbsdə olan qanqster Hacı Məmmədovun oğurlamaq istədiyi yəhudi əsilli məşhur iş adamı Yaruxom İliyev olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.