ADPU prorektoru 300 nəfəri işsiz qoymaq niyyətindədir

1-07-2016, 09:32           
ADPU prorektoru 300 nəfəri işsiz qoymaq niyyətindədir
Fikrət Rzayev Təhsil Nazirliyinin aparat rəhbərinin müavini vəzifəsində çalışan oğluna güvəndiyi üçün universitetdə özünü külli-ixtiyar sahibi kimi aparır Fariz Rzayev atasına əlindən gəldiyi qədər dəstək verir, onun yol verdiyi nöqsanları malalayır və üzləşdiyi problemləri dərhal yoluna qoyaraq onu təhlükədən sığortalayır Son zamanlar Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) bir sıra xoşagəlməz olaylar cərəyan edir ki, bunun da başlıca məsuliyyəti məhz adıçəkilən ali təhsil müəssisəsinin tərbiyə işləri üzrə prorektoru Fikrət Çingiz oğlu Rzayevin üzərinə düşür. Belə ki, əslən Gəncə şəhərindən olan Fikrət Rzayevin ADPU-da öz qaydalarını tətbiq etməyə çalışdığını vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, prorektor bu yaxınlarda universitetin 300-dən artıq əməkdaşının işdən çıxarılması ilə bağlı Təhsil Nazirliyinə təqdimat göndərib. Həmin 300 nəfərin arasında professorların, «91-lər»in, prezident təqaüdçülərinin, savadlı, peşəkar kadrların olduğunu bildirən mənbənin sözlərinə görə, Fikrət Rzayev yaş senzindən istifadə edərək «Əmək Məcəlləsi haqqında» Qanunun tələblərini kobud surətdə pozur: «Bildiyiniz kimi, bir neçə il öncə «Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Qanun ölkə başçısı tərəfindən təsdiqlənib və bununla da əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65 yaş müəyyən edilib. Bununla da dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Lakin sözügedən dəyişikliklərdə həmçinin o da qeyd olunur ki, yaş senzi ali təhsil müəssisələrinin müəllimlərinə və digər çalışanlarına, o cümlədən professorlara şamil edilmir. Ancaq Dövlət Pedaqoji Universitetinin tərbiyə işləri üzrə prorektoru Fikrət Rzayev buna əhəmiyyət vermədən öz bildiyini edərək arasında professorların, «91-lər»in, prezident təqaüdçülərinin, savadlı kadrların olduğu 300 nəfərin işdən azad olunması ilə bağlı Təhsil Nazirliyinə təqdimat göndərib». ADPU prorektoru ilə bağlı kifayət qədər informasiyaya sahib olduğunu deyən məlumatlı şəxs qeyd edir ki, 1970-ci ildə Gəncə şəhərinin 4 saylı orta məktəbini, 1975-ci ildə Azərbaycan (Bakı) Dövlət Universitetinin filologiya fakültəsinin «Rus dili və ədəbiyyatı» ixtisasını bitirən, 1975-1977-ci illərdə Azərbaycan Dövlət Pedaqoqika Elmi-tədqiqat İnstitutunun rus dili və ədəbiyyatı tədrisi metodikası şöbəsinin kiçik elmi işçisi, 1977-1979-cu illərdə Azərbaycan Pedaqoji İnstitutunun «Ümumi pedaqoqika» kafedrasının aspirantı, 1979-1983-cü illərdə Azərbaycan (Bakı) Dövlət Universitetinin rus ədəbiyyatı tarixi kafedrasının assistenti, 1983-1986-cı illərdə Azərbaycan (Bakı) Dövlət Universitetinin rus ədəbiyyatı tarixi kafedrasının baş müəllimi, 1986-2013-cü illərdə Bakı Dövlət Universitetinin rus ədəbiyyatı kafedrasının dosenti vəzifəsində çalışan Fikrət Rzayev 2013-2015-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının filoloqiya fakültəsinin dekanı olub: «O, 2015-ci ildən etibarən Dövlət Pedaqoji Universitetinin tərbiyə işləri üzrə prorektoru postunda təmsil olunur. Demək olar ki, elə həmin vaxtdan etibarən adıçəkilən ali təhsil müəssisəsində özünün qaydalarını tətbiq etməyə çalışır. Yeri gəlmişkən, nəzərinizə çatdırım ki, Fikrət Rzayevin qardaşı Nizami Rzayev Ayaz Mütəllibovun zamanında Nəsimi rayonunun deputatı olub, daha sonra isə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Deyilənlərə görə, Dövlət Pedaqoji Universitetinin prorektorunun qardaşı mövcud hakimiyyətə, Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin əleyhinə qarşı çıxan şəxslərdən olub. Buna baxmayaraq, onun qardaşı Fikrət Rzayev isə bu gün ölkənin ən böyük, ən sayılıb-seçilən ali təhsil ocaqlarından biri olan Dövlət Pedaqoji Universitetinin rəhbərliyində təmsil olunur». Bu arada, Fikrət Rzayevin oğlu Fariz Rzayevin Təhsil Nazirliyinin aparat rəhbərinin müavini olduğunu bildirən mənbənin sözlərinə görə, prorektor məhz oğluna güvəndiyi üçün Dövlət Pedaqoji Universitetində az qala özünü külli-ixtiyar sahibi kimi aparır: «Qeyd edim ki, prorektorun oğlu Fariz Rzayev 1977-ci ildə Bakı şəhərində anadan olub. O, Bakı Sosial İdarətemə və Politologiya İnstitutundan beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından eyni ixtisas üzrə magistr dərəcəsinə malikdir. 2000-2013-cü illərdə Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə, o cümlədən 2002-2005-ci illərdə Azərbaycanın Avstriyadakı, 2007-2012-ci illərdə Belçikadakı səfirliklərində çalışıb. 2-ci dərəcəli 1-ci katib diplomatik rütbəsinə malikdir. Fariz Rzayev 3 iyun 2013-cü ildə Təhsil Nazirliyinin «Tələbə mübadiləsi və təhsilin inkişafı proqramları şöbəsi»nə müdir vəzifəsinə təyin edilib. Hazırda isə Təhsil Nazirliyinin aparat rəhbərinin müavini vəzifəsində çalışır. O, Rusiya, Azərbaycan, həmçinin bir sıra digər dövlətlərdə məşhur olan «Çto? Qde? Koqda?» oyunun iştirakçısı olub və hələ də həmin oyuna azarkeşlik edir. Deyilənlərə görə, Fariz Rzayev Təhsil Nazirliyinin aparat rəhbərinin müavini kimi atasına əlindən gəldiyi qədər dəstək verir, onun yol verdiyi nöqsanları malalayır və üzləşdiyi problemləri dərhal yoluna qoyaraq onu təhlükədən sığortalayır. Əgər müvafiq qurumlar Dövlət Pedaqoji Universitetinin tərbiyə işləri üzrə prorektoru Fikrət Rzayevin fəaliyyətini araşdırsalar, o zaman bir sıra qaranlıq məqamlara aydınlıq gətirilə bilər». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. P.S. Yaxın günlərdə daha tutarlı faktlara söykənən yazılar dərc olunacaq. P.S.S. Yenicə təyin olunmuş rektor Cəfər Cəfərova işlərində müvəffəqiyyətlər arzu edirik. Növbəti sayımızda oxuyacaqsınız Asəf Zamanov Fikrət Rzayev cütlüyü universitet tələbələrinə 7-8 balı necə artırıblar? Apelyasiyada kimlərin şikayətləri təmin olunur ? Təhsil Nazirliyində Maliyyə İdarəsinin rəsinin göstərişi ilə Pedaqoji Universitetə göndərilən maliyyəçi Orxan adlı şəxs imtahanlarda nə üçün iştirak edir? Yaradılan bu və ya digər özbaşınalıqların qarşının alınması vacibdir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.