Saleh Məmmədovun yamaqlı yolları
18-08-2023, 08:34
Mədəniyyət yoldan başlayır, deyirlər.Hansısa xarici ölkəyə, yaxud ölkəmizin görməli yerlərinə, istirahət zonalarına, şəhər və qəsəbələrinə gedənlər qayıdandan sonra öz təəssüratlarını bölüşərkən 5yoldan başlayırlar.”Nə gözəl, şüşə kimi asfalt yolları var, yol kənarları da yaşıllıq, gül -, çiçək, hündürboylu agaclardı, əsrarəngiz gözəlliyi adamın ruhunu oxşayır,”deyirlər. Yolu gözəl olan bölgənin bütövlükdə ecazkar gözəlliyə malik olacağı insanda gözəl təəssürat yaradır. insanda.Deyirəm bəs görəsən bizim ölkəyə gələn turistlər hələ təkcə paytaxtətrafı yollara çıxanda onlarda hansı təəssürat yanır ?.Hələ uzagı demirəm,Bakıdan dəniz çimərliyinə getmək arzusunda olanlar Pirşağı, Maştağa, Məmmədli, Kürdəxanı, Mehdiabad,Fatmayı,Görədil yolu ilə hərəkət etsələr nələrin şahidi olurlar?Paytaxtımızı qoyuram bir kənara.
Asfaltın ortasında çuxurlarda yaranan nohurların qurbağa gölünə çevrilməsindən adam xəcalət çəkir.
Bəs bu yolları çəkən, çəkdirən kimlərdir görəsən?
Respublikamızda”adına Azəravtoyol”Dövlət Şirkəti deyilən bir təşkilat var və onun Saleh Məmmədov kimi başbiləni. Qəribədir, respublikanın magistral yolları kimi bu yolların da istismalar ömrü çox qısa olur,bir neçə ay keçməmiş başlayır dağılmaga, xüsusən də yağışla təması onu tamamilə pis günə salır.
Camaat xeyli şikayət etdikdən sonra bir də görürsən gəlib yamaqlayıb getdilər.Bu yamaqların ömru isə cəmi bir neçə gün çəkir.İri tonnajlı maşından tutmuş sərnişin avtobusları, minik maşınlarına qədər ağır yük altında olan yollara iki göz istəyir tamaşa edə.
Bildiyimə görə körpü ,avtomobil yollarının tikintisi və təmirinə dünyada ən çox vəsait ayıran ölkələr arasında yer tutmaqdayıq.La kin dövlətin vəsaiti havaya sovrulur,əyintiyə yol verilir.Buna başqa ad qoymaq mümkün də deyil.
Hörmətli S.Məmmıdovun müxtəlif rayonlarda, qəsəbələrdə vaxtaşırı vətəndaşları qəbul etməyi görəsən nəyə hesablanıb? Bunun adına gözdən pərdə asmaq deyərlər, yəni mən də iş görürəm .Qubada, İsmayıllıda,Xaçmazda,daha haralarda vətəndaşları qəbul edən Saleh Məmmədovun bu görüşlərdə onların istək, arzu və tələblərini yerinə yetirdiyini görən olubmu heç?Əsla.
Adı çəkilən kənd və qəsəbələrin sakinləri yol problemi ilə əlaqədar dəfələrlə onun rəhbərlik etdiyi quruma müraciətlər edib , rayon ih başçıları ilə görüşlərdə səsləndirilib,rayon rəhbərlikləri tərəfindən məktublar ünvanlanıb, amma heç bir nəticəsi yoxdur.
“Azəravtoyol”un balansında olan, haqqında söhbət açdığımız qəsəbə və kəndlərə gedən magistral yollarının vəziyyətindən xəbəri varmı S.Məmmədovun?O yolların təmiri adı altında yamaqlanması prosesində iştirak edibmi? Həmin yamaqlanmış yollarla hərəkət edərək neçə gün avtomobil təkərlərinin təzyiqinə davam gətirə bildiyimdən məlumatlıdırmı?
Dünyanın heç yerində yollar yamaqlanmır, təmir olunur.Təkcə MDB məkanı olan ölkələr istisna olmaqla .Bu təcrübə keçmiş SSRİ-dən qalmış əndərəbadi iş üsullarından biridir.
Yamaqlı yol həmin yol təsərrüfatına rəhbərlik edənlərin simasıdır.S.Məmədov və ya onun yol idarələri rəhbərlərinin bahalı xidməti maşınlarının xidmətindən” yamaqlı”vəziyyətdə istifadə etdiklərini, və ya yamaqlı paltar geydiklərini hələ ki, “gördüm”deyən olmayıb.
Yamaqlı yollar yol idarə rəhbərləriinin, onların müavinlərinin yamaqlı kostyumu, “şüşə kimi”par-par parıldayan düpbədüz göz oxşayan yollar isə şıq, yaraşıqlı geyimləridir, ifadəsi el içində əbəs yerə işlədilmir.
Haqqında söhbət açdığımız və açmadıgımız yaşayış məntəqələrinin sakinləri, eləcə də həmin yoldan ötənlərin arzu-istəkləri yollarımızı yamaqsız, rahat və davamlı, səliqə -sahman ilə uzunömürlü görməkdir.
/aktualxeber.az/