“Semaşko” kimi tanıdığımız 1 saylı Kliniki Tibbi Mərkəzin cərrahlarının dünyanın həsəd aparacaqı "əməliyyat" ları - Sonrada deyirik xəstələr niyə ölür...
18-08-2023, 09:04
Bu video “Semaşko” kimi tanıdığımız 1 saylı Kliniki Tibbi Mərkəzin əməliyyat otağından çəkilib.
Məlumat mənbəm bilinməsin deyə, səsini özüm silmişəm.
Burda nə var, deyə soruşursunuz?
Burda o var ki, əməliyyat getdiyi sırada həkimlər pəncərəni açıblar. Halbuki, müasir tibb qaydalarına görə, bu, ciddi qəbahətdir. Çünki əməliyyat olunan xəstənin pəncərədən içəriyə girən mikroba yaxalanma riski var.
Elədirsə, həkimlər niyə pəncərəni açıq tuturlar? Çünki bu isti yay günlərində Semaşkonun əməliyyat otağında belə kondisionerlər işləmir. Həkimlər xalatla, üzlərində maska, əllərində əlcəklə əməliyyat otağına girdiklərindən aşırı səviyyədə tərləyirlər. Məcburən hava alıb rahatlansınlar deyə pəncərəni açıq tuturlar.
1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərovdur. 2005-ci ildə Rusiya Federasiyası Moskva şəhərində “Narkotikdən asılı cərrahi xəstələrdə anesteziyanın optimallaşdırılması” mövzusunda tibb elmləri üzrə namizədlik dissertasiyası müdafiə edib.
2006-cı ildə ABŞ-ın Con Hopkins Universitetində “Təcili Yardım Təbabəti” üzrə master treninq kursu keçib.
2008-ci ildə Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə “Əməkdar həkim” fəxri adı alıb.
2020-ci ildə Azərbaycanda səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunub.
Amma hələ də əməliyyat zamanı pəncərəni örtməyi öyrənə bilməyib.
Bu, hələ harasıdır? Könül Ələkbərovun xeyli sayda "quş"larını tapmışam. Tədricən paylaşacağam ki, Con Hopkins Universitetində tənbəllik edib öyrənmədiyini barı indi öyrənsin.
Heyder Oguz
Teref.az