Binəqədi Bələdiyyəsinin “müqavilə bazarı“ – Sənədlər necə saxtalaşdırılır?

18-08-2023, 09:14           
Binəqədi Bələdiyyəsinin “müqavilə bazarı“ –
Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq ölkəmizdə əhalinin sosial rifahına kölgə salan korrupsiya və rüşvətxorluq kimi neqativ amillərə, o cümlədən müxtəlif sahələrdə əhalini narahat edən korrupsiya hüquqpozmaları törətmiş vəzifəli şəxslərə qarşı mübarizə istiqamətində kompleks və ardıcıl tədbirlər bir neçə ildir ki, hüquq mühafizə orqanları tərəfindən davam etdirilir.

Yerli media və sosial şəbəkələrdə yayılan məlumatları analiz edərkən ən çox şikayətlərin və neqativ halların yerliidarəetmə orqanlarında olduğu görünür. Bu xüsusda daha çox rayon icra hakimiyyətləri və bələdiyyələrin qaranlıq fəaliyyətlərinə, bu qurumların gördükləri işlərdə qiymətlərin şişirdilməsi və digər bu kimi qanunsuz hallara rast gəlinir.

AzFakt.com saytının əldə etdiyi məlumata fəaliyyətində qanunsuzluğa yol verən qurumlardan biri də Binəqədi rayon Bələdiyyəsidir.

Binəqədi rayon Bələdiyyəsinin tol verdiyi əsas qanunsuz əməllərdən biri bələdiyyə ərazisində yerləşən fərdi tikinti və digər obyektlərə sənədlərin verilməsidir.

Təxminən 300 hektar ərazini əhatə edən Binəqədi Bələdiyyəsinin ərazisində fərdi evlərin əksəriyyətinin orderləri (kupçaları) yoxdur. Bu evlərin yeganə sənədlərinin bələdiyyə müqaviləsidir.

Əldə etdiyimiz məlumata görə Binəqədi rayon Bələdiyyəsi bələdiyyə ərazisində satılan evlərə yenidən bələdiyyə müqaviləsinin (sənədinin) köhnə tarixə verilməsini “açıq bazara” çıxarıb.

Mənzillərin və obyektlərin kvadrat metrindən asılı olaraq köhnə tarixə verilən bələdiyyə müqavilələrinin 2.000 manatdan verildiyi iddia edilir.

Qeyd edək ki, Binəqədi rayon Bələdiyyəsinin sədri Mürsəl Eminovdur.

O, bu vəzifədə 2020-ci ildən çalışır.

Məsələ ilə bağlı Binəqədi Bələdiyyəsinin münasibətini örgənə bilmədik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.