Zakir Fərəcovdan izahat istənilir - Torpaq xəritələri ilə bağlı
20-05-2015, 16:28
Abşeron rayonu ərazisnidə dövlətin balansında olan torpaq sahələrinin ayrı-ayrı vətəndaşlara uzunmüddətli icarəyə verilməli olduğu halda birdəfəlik altqı-satqı edildiyi barədə yazmışdıq. Artıq rayonun Qobustanla sərhədlərində, həmçnin Ceyranbatan və Saray qəsəbələrində dövlətin balansında olan belə ərazilərdə yüzlərlə fərdi yaşayış evləri və iaşə obyektləri inşa edilib.
Redaksiyamıza daxil olan məlumata əsasən hazırda bir qədər əvvəl dövlət başçısının sərəncamı ilə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin arxivləri araşdırılır. Bakı şəhəri üzrə müvafiq olaraq rayonların torpaq sahələrinin kadastr xəritələri araşdırılır. Məlumatlara əsasən ən ciddi problemlər də Abşeron rayonunda ortaya çıxıb. Yüz hektarlarla torpaq sahələrinin qeyri-qanuni yolla Abşeron Rayon İcra Hakimiyyətinin Baş memarlıq İdarəsinin möhürü ilə satışa çıxarılmasına dair faktlar ortaya çıxıb.
GUNDEMİNFO.AZ-a məlumat verən mənbə bildirir ki, Abşerondakı mübahisəli torpaqların həcmi o qədər böyükdür ki, bu işdə rəhbərlik etmiş şəxslərlə bağlı tədbirlərin görüləcəyi gün yaxındadır. Nədən ki, hazırda ləğv edilmiş dövlət komitəsinin Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə birləşdirilməsindən sonra yaranan komissiya təhvil-təslim prossesini məhz Abşerona görə yekunlaşdıra bilmir. Məlumatlara görə, prossesin yekunlaşdırılabilməməsinin əsas səbəblərindən biri də burada torpaqların bir neçə nəfər tərəfindən ələ keçirilməsidir.
Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.