PA da pensiya orqanının məhkəmə qərarını ləğv etməsini qanuni sayır - Konstitusiya ən yüksək hüquq gücünə malik deyil ?!

12-10-2023, 11:14           
PA da pensiya orqanının məhkəmə qərarını ləğv etməsini qanuni sayır -
Ötən gün Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində Prezident köməkçisi Natiq Əmirovun (işçilərinin) qəbulunda olanda , sözdə də olsa, sosial ədalətsizliyə son qoyulacağına inanırdım. İnamımda elə yanıldım, elə yanıldım ki, hələ də özümə gələ bilmirəm. Dövlətin 3 qolundan birininin və birincisinin – ali icra hakimiyyəti orqanının aparatında Konstitusiyanın ölkədə ən yüksək hüquqi malik olmasından bilgisizdirlər!
05.07.2017 tarixli, 2-1(81)-1889/17 saylı 1 BİİM-in dövlətin adından çıxardığı məhkəmə qərarını borclu inzibati-dövlət orqanının – Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 6 ildən sonra ləğv edib (?) pensiyama əlavə olunan 110 manatı kəsməsini deyəndə, danışmağıma imkan vermədən bu barədə sözügedən filiala sorğu verib aldıqları cavabın, yəni peniyaya əlavənin kəsilməsinin qanuni olduğu bildirildi. Borclunun cavabı isə Bakı İnzibati Məhkəməsinə, Ombudsman Aparatına verdiyi Konstitusiyaya hörmətsizlik cavabı ilə eynidir: MƏHKƏMƏNİN ƏSASLANDIĞI “ƏMƏK PENSİYALARI HAQQINDA” QANUNUN 19-CU MADDƏSİNİN 2021-Cİ İLİN YANVARIN 1-DƏN LƏĞV EDİLMƏSİ 2017-Cİ İL TARİXLİ MƏHKƏMƏ QƏRARINI LƏĞV EDİB.(??) Prezident hakimiyyətində bu absurdluğun “Konstitusiya aktı” kimi qəbul edilməsi , gerçəkdə Konstitusiyanın qüvvədə olmadığını ortaya qoyur. Konstitusiyanın məhkəmə qərarlarının məcburi icrası haqqında 129-cu, qanunun geriyə qüvvəsinin olmaması haqqında 149.VII maddəsinin borclu inzibatı orqanın “Konstitusiya aktı”ndan PA-da da aşağıda tutulması dövlətin ali məqsədinin insan hüquq və azadlıqlarını yox, məmurların özbaşınalıq, vicdansız davranış “hüquq və azadlıqları”nı təmin etmək olduğunu ortaya qoyur.
Dövlət məmurları kəsinliklə ÜMUMİ (PUBLİK) XARAKTELİ QANUNUN- NORMATİV HÜQUQİ AKTIN İKİ TƏRƏF ARASINDA QƏBUL EDİLƏN MƏHKƏMƏ QƏRARINI LƏĞV ETMƏK GÜCÜNÜN OLDUĞUNU bildirirlər. Belə hüquqla, belə qanun gücü ilə hansı demokratik, hüquqi dövlətdən , hansı bərabərlik, sosial təminat, məhkəmə təminatı, vicdanlı davranış, özbaşınalıqdan müdafiə.. hüququndan danışmaq olar?
Konstitusiyanın 7-ci maddəsində isə Azərbaycan dövlətinin hüquqi, demokratik olduğu yazılıb...
Məğrur Bədəlsoy
Teref.az olaraq qarşı tərəfində fikirlərini dərc etməyə hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.