"QHT Agentliyindən narazı olan QHT-ləri provakasiyaya çəkirlər."- İSBAM sədri

14-10-2023, 18:49           
"QHT Agentliyindən narazı olan QHT-ləri provakasiyaya çəkirlər."- İSBAM sədri
Dəyərli həmkarlar,
QHT Agentliyi ilə bağlı cəmiyyətdə ciddi narazılığı hamımız yaxşı başa düşürük.
Buradakı nöqsanlar QHT sektorunun problemi deyil və kimlərinsə illərlə çəkdiyi zəhmətə xələl gətirə bilməz.
Agentlik QHT-lər üçün maliyyə resurslarından biridir.
Biz orada ötən dəfə etdikləri biyabırçılıqların dərhal qarşısının alınmas üçün əmək sərf etdik. Amma gələn reaksiyalar, üzərimizə trol hücumlarının, media yazılarının təşkili, bəzilərimizi ailə üzvlərimizlə təhdid və s. bir daha onu göstərdi ki, heç nə düzəlməyəcək.
Əksinə planlar hazırlanır, QHT Agentliyindən narazı olan QHT-ləri provakasiyaya çəkirlər. Xahişim ondan ibarətdir ki, bu günlərdə bir qədər ehtiyatlı olaq.
Bəzi QHT-lər ofisə gəlib söz alır, diktafona yazır və Agentlikdə "deep fake" hazırlayıb yuxarı ötürürlər.
Səbrli və ehtiyatlı olaq.
Samir Adigozelli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru