Naxçıvanlı olduğu üçün 510 manat rüşvət ödədi"- DYP düzəlmir ki, düzəlmir...
15-10-2023, 09:24
Babək rayon sakini Kamran Teymurbəyli deyir ki, avtomobilini Bakıda öz adına qeydiyyata salmaq üçün DYP əməkdaşı ondan 400 manat rüşvət tələb edib. O, adı İxtiyar olduğu iddia edilən həmin əməkdaşla olan telefon danışığının səs yazısını fakt olaraq “Gündəlik Naxçıvan”a təqdim edib. Kamran Teymurbəyli icitimai əhəmiyyət daşıdığını nəzərə alıb, qeydə aldığı bu səs yazısını yaymağımızı da xahiş edib. Şikayətçi deyir ki, öncə ona Naxçıvan qeydiyyatında olduğu üçün avtomobili Bakıda adına salmağın mümkün olmadığını bildiriblər. Lakin o, ümumilikdə 510 manat rüşvət verdikdən sonra buna nail ola bilib. İki oğlu qazi olan Kamran Teymurbəyli predent İlham Əlyevə müraciət edərək, ondan qanunsuz alınmış pulun geri qaytarılmasını xahiş edir.