Niyazi Bayramovun gördüyü işləri urvatsız edən məmur kimdir? - RƏZALƏT
16-10-2023, 09:58
"Yaxşılıq da, pislik də gec-tez adamın özünə qayıdır. Sadəcə pisliyi kimə edibsənsə, ondan gözlə, yaxşılığı" - Dədə Turxan.
Yaxşılıq yeganə libasdır ki, heç vaxt köhnəlmir. - Henri Toro.
Belə yerdə məşhurların dedikləri kəlamlar yada düşməyə bilməz. Əlbəttə, hər bir işin yaxşısı da, pisi də birinci şəxsin adı ilə bağlı olur. Məlumdur ki, Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov nə qədər xeyirxah işlərlə məşğul olsa da, bu şəxs şəhər sakinləri arasında özünə qarşı heç cür inam hissi qazanmağı bacarmır. Çünki, icra başçının tabeliyində çalışan vəzifə sahibləri bu gün də şəhər sakinlərinə o qədər haqsızlıq edirlər ki, hər kəs sabiq icra başçısı Elmar Vəliyevin atasına rəhmət diləyir. İndi gəncəlilərin arasında belə bir söz dəbdədir:
"Elmar Vəliyev Gəncənin gözəlliyi üçün nə etdisə, yalnız o, etdi". Hal-hazırda belə bir söz-söhbətlərin yayılmasında ŞİH-nin baş memarı Elxan Məmmədovun və onun kimi məmurların xüsusi rolları olur. Bu şəxsin ərköyün vəzifə sahibi olmasının kökündə, Mingəçevir Avarçəkmə İdman Mərkəzinin qarşısında yerləşən komfortlu villası da böyük rol oynayır. Hətta, Elxan Məmmədovun kefi istəyəndə humanitar şöbənin sabiq əməkdaşı Azər adlı şəxsin vasitəsilə o, yerli sahibkarları özündən aslı vəziyyətə salır və hər kəsdən rüşvət tələb etdirməyi də bacarır. Belə olan halda şəhər sakinləri cənab Başçının gördüyü işləri necə dəyərləndirə bilərlər? Bir halda ki, bu şəxsin səsi ilk dəfə, yəni 2021-ci ildə Ucardan gəlib və özü də kəskin hiddət doğurub, buna nə ad vermək olar?. Deməli, bu şəxs daim öz rəhbərinin qarşısında "firon"luq edir ki, bu da onun ərköyün məmur olduğunu ortaya qoymuş olur. Ona görə də sual oluna bilər ki, bu cür vəzifə sahibindən hansısa haqqı-ədaləti gözləmək olarmı? Əsla yox!
GundemXeber.Az