ÖLÜLƏRDƏN DİRİLƏRƏ-DƏLİLƏRƏ...və ya Laçın qəbristanlığını kim(lər) dağıdıb..FOTO
20-10-2023, 07:14
Teref.az yazır ki, sosial media fəali Səlimova Təranə feysbuk səhifəsindədə Laçın qəbirsanlığında baş verən biabırçılıqdan yazıb.
Əslən Laçından olan Təranə xanımın səhifəsində paylaşdığı yazını təqdim edirik:
Laçın şəhər qəbristanlığı,şəhərin aşağı hissəsində,yaşayış evlərinin əhatəsində yerləşir.Qəbristanlıq-bütün azərbaycanlılar üçün uşaqdan böyüyə hər kəsin ehtiramla,hörmətlə yad etdiyi məbəddir.Uşaq vaxtı məhəlləmizdə oynayıb yorulandan sonra qəbristanlıqda gəzməyə adət etmişdik.Ona görə də,bütün qəbirləri adbaad,üstündəki yazılara,şerlərə qədər əzbər bilirdik.
31 ildən sonra gərgin,əzablı "portal" icazəsi ilə Laçına,atamın qəbrini ziyarətə getdim.Dəhşətli mənzərə ilə qarşılaşdım; qəbristanlığın girişindən başına qədər xeyli ərazidə çox sayda qəbir texnika ilə kürünərək,işlək yol halına sallnmışdı.Laçın təzə alınan vaxtlar,qardaşım,atamın qəbri üçün dəfələrlə getmişdi,çəkilişlərdən də,göründüyü kimi bütün qəbirlər yerində idi.Qəbirüstü daşlar götürülsə də,sındırılsa da,bizlərdə deyildiyi kimi,"gorgahlar"ı erməni dağıtmamışdı.Həətta,üstündə azca nişanəsi qalan,tanınan qəbirlərin aralarındakı tanınmaz hala düşmüş bir neçə qəbirləri də,kürüyüb ləğv ediblər,sakinlər yaxşı bilir ki, kimin əzizi,kimin yanında yatır,çox izləri itiriblər..
İndiki mənzərə-Laçında təmir-abadlıq işləri aparan "azərbaycanlılar"ın əl işləridi.
C.Məmmədquluzadənin bir gündə bir xurma ilə dolanan Şeyx Nəsrullahını xatırladım.Bzim şəhər qəbristanlığında peyda olmuş Şeyx Nəsrullah isə daha böyük iştahalıdı: bir dəfəyə bir neçə qəbir yeyir.Ölülərin dili olsaydı hamısı bir ağızdan qışqırışardı: bunlar DƏLİDİLƏR?..Görün ,başımıza nə oyun açırlar?Bizi,Şəhidlər,Qazilər qanları bahasına erməni əsirliyindən azad etdi ki,özümüzünkülər bizi yox etsin? Nümayəndəliyə müraciət olundu,nəticəsi olacaq,olmayacaq bilmirəm,çünki,ÖLÜLƏR,DİRİLƏRİN vecinə deyil,əsas,"xurma bol olsun"...
Kefli İskəndər demiş; Allah sizə rəhmət eləsin,Ölülər!!!
Səlimova Təranə
Teref.az olaraq aidiyyatlı tərəflərin mövqeyinidə dərc etməyə hazırıq!
Teref.az