Nurəngiz Bəşirovadan HƏDƏ: “məni bura TƏBİB deyil, Mehriban xanım Əliyeva göndərib”
24-10-2023, 00:06
Son günlər 3 saylı Şəhər Klinik Xəstəxanasında baş verən dəyişiliklər sözün həqiqi mənasında böyük narazılıqlar yaradıb.
Nəzərinizə çatdıraq ki, xəstəxananın keçmiş baş həkimi Fikrət Zeynalov yaş həddi ilə əlaqədar təqautə göndərilib. Yeni təyinada əsasən xəstəxanaya Nurəngiz Bəşirova direktor gətirildi. Təbii ki, iş olan yerdə nöqsan qaçılmazdır. Lakin nöqsanları əldə bayraq edib, ondan istifadə etmək isə həm peşəyə, həm də həmkarına qarşı ən böyük ədalətsizlikdir…
Bir müddət keçdikdən sonra N. Bəşirova 3 saylı Şəhər Klinik Xəstəxanasında özünəməxsus formada ciddi nöqsanları araşdırmağa başladı.
Əslində, hədəf xəstəxanada nöqsanları aradan qaldırmaq deyildi. F. Zeynalovu yuxarı dairələrə arzuolunmaz şəxs kimi təqdim etmək idi. Güya, direktor təyin olunduqdan sonra korrupsiya hallarını araşdırıb sübüt kimi özündə saxlayır. Bunlardan əlavə ayrılan vəsaitləri F. Zeynalov tərəfindən mənimsənildiyini söyləməkdən çəkinmir.
N. Bəşirovanın diqqətinə çatdırmaq istəyirik ki, F. Zeynalov bütün varlığı ilə səhiyyə sistemində şərəflə xidmət edib. Kifayət qədər əsaslı sübütlar var və lazımı orqanlar da nəzarət edir.
Maraqlı məqam ondan barətdir ki, N. Bəşirova hər yerdə “mənu bura TƏBİB deyil, Mehriban xanım Əliyeva göndərib” söylədiyi ifadə bir az düşündürücüdür.
Növbəti yazılarımızda 3 saylı Şəhər Klinik Xəstəxanasına yeni təyin olunan direktor N. Bəşirova haqqında daha geniş bilgilər əldə edəcəyik. Bizi izləməyi unutmayın…
DOSYE.ORG