Binəqədi rayon İcra və probasiya şöbəsi işinin öhdəsindən gəlmir
30-10-2023, 09:04
Məhkəmə qərarlarınını icrası problemi Azərbaycan ictimayyəti üçün yeni deyil. Bu problemin mövcudluğu ilə tez-tez istər vəkillər, istərsə də adi vətəndaşlar ara-sıra çıxış edirlər. Redaksiyamıza müraciət edən şikayətçi də eyni çətinliklə üzlə.ib.
Əliyev İlqar Teymur oğluna məğsus Sumqayit şəhəri, Yəhya Məmmədov küçəsi, 57 ünavanında istehsalat sexini 2014-cü il tarixdən 07.04.2021-il tarixədək qüvvədə olan icara mügaviləsi əsasında Novruzov Anar Arif oğlunun istifadəsinə verib.İcarə müqaviləsinə göre A. Novruzov hər ay icarə haqqı verməli və kommunal xidmatlardən (elektirik, qaz, su, istilik, kanalizasiya və telefon) istifadə edilməsinə göre ödəmələr etməli idi. Bu müddət ərzində istehsalat sexində su sayğacı zədələndiyi üçün “Azersu” ASC tərəfindən akt tərtib edilərək 3.900 manat məbləğində cərimə yazılıb. Bundan başqa təbii qazdan istifadə nəticəsində 17.157 manat məbləğində , elektrik enerjisindən istifadəyə görə 1.500 manat məbləğində borc hesablanmişdir. Həmçinin istehsalat sexindən 2.200 metr 76-liq ölçüdə olan qaz borusu kəsilərək aparılmiş, bununla da obyekt sahibinə 13.000 manat məbləğində zerər vurmuşdur. Bundan əlavə tərəflər arasında bağlanmiş icarə müqaviləsinə əsasən 10 aylıq icarə haqqı ödənməmiş, bu müddət ərzində vurulan maddi ziyan ümumilikdə 67.557 manat təşkil etmişdir. Tərəflər arasında mübahisəyə məhkəmə müstəvisində baxılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli, 2(060)-7169/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Novruzov Anar Arif oğlundan 45.344,49 manat mablağinde pulun alinaraq Oliyev Ilqar Teymur oğluna ödənilmasi qət edilmişdir. Cavabdeh Novruzov Anar Arif oğlu həmin qetnamaden apellyasiya şikayəti vermiş ve Sumqayit Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasinın 16 aprel 2019-cu il tarixli, 2(105)-1302/2019 sayli qərardadi ilə Sumqayit Şəhər Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli, 2(060)-7169/2018 saylı qətnaməsi ləğv edilmiş və iş mahiyyəti üzrə baxilmasi üçün Baki şəhəri Bineqedi Rayon Məhkəməsinə göndərilmişdir. İşe hakim Nigar Nəbizadənin sədrliyi Baki şehəri Bineqadi Rayon Məhkəməsində baxılmış 26.12.2019-cu ildə İ.Əliyevin iddiasının qismən təmin olunması haqda qərar çıxarılmışdır. Qərara əsasən cavabdehler Novruzov Anar Arif oglu va “N.Arif MMC-dan müştarak qaydada ödənilməmiş icare haqqlarina göra 10.000 manat, istehsalat sahasina vurulmuş ziyana göra 16.905 manat, istifadə edilmiş qaza göre 17.157 manat va istifada edilmiş işığa görə 1.253,49 manat, cami 45.315,49 manat məbləğində pul iddiaçı Əliyev llqar Teymur oğlunun xeyrina tutulmalıdır. Qərardan 4 ilə yaxın vaxt keçsə də bu vaxta qədər icra yerinə yetirilməmişdir. Binəqədi rayon İcra və probasiya şöbəsi vətəndaşın şikayətinə qeyri-ciddi yanaşır.
cumhuriyyet.net