Bakı Apellyasiya Məhkəməsi də xəstəxanada yatan qazinin hüququna “ölüm” oxudu
2-11-2023, 00:08
Bakı İnzibati Məhkəməsinin hakimi Bəhlul Cəlalovun iddiaçı 1-ci dərəcəli Qarabağ əlili xəstəxanada sistem altında olanda, öncədən 2 ərizə ilə iclası ertələməsi haqqında xahişinə baxmadan saxta iclas keçirərək əlilin hüquqi yardım, məhkəmə təminatı hüququna “ölüm” hökmü” oxumasından KİV bilgi yayıb. Gözləmək olardı ki, aşağı instansiyanın qanunsuzluğunu aradan qaldırmaq görəvi daşıyan yuxarı apellyasiya instansiyası yataq xəstəsi 1-ci dərəcəli Qarabağ qazisinə, ən azı, hüquqi yardım göstərər, vəkil ayırar. Nə yazıq, Bakı Apellyasiya Məhkəməsi 1-ci dərəcəli qazinin hüquqlarına aşağı instansiyanın “ölüm” hökmünü eyni qaydada, eyni özbaşınalıqla qüvvədə saxlayıb.
Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (sədrlik edən Aytən Oruczadə) 1-ci dərəcəli Qarabağ qazisi xəstəxanada yatanda və bu barədə şəxsi kabinetdən 30.10.2023-cü ildə məlumat verməsinə baxmadan 01.11.2023 tarixli birtərəfli qərardad qəbul edib. İddiaçı yataq xəstəsi qazinin nə vəkillə təminatı barədə ərizəsi , nə də şikayəti təmin olunub. Hələ qərardad(lar) “e-məhkəmə” sistemində yerləşdirilməyib, amma məlumatdan xəstəxanada ölümlə çarpışan əlilə yuxarı instansiyanın da “ölüm” hökmü” oxuduğu bəlli edir. “Hökm”ün qəbulunda aşağı instansiyanın, cavabdeh DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrı Mərkəzi Filialını hüquqverici sənəd -uyğun etibarnamə olmadan müdafiə edən DSMF-də qanunsuz fəaliyyət göstərən 39 saylı vəkil bürosunun, DSMF-də qanunsuz yaradılan Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialın məhkəmə ilə qeyri-prosessual ilişgisi önəmli rol oynayır. Özbaşınalığa baxın, əhalinin, pensiyaçıların sosial müdafiəsinə ayrılan vəsaiti dövlətin sosial müdafiə qurumu 30 civarında əməkdaşı olan Məhkəmə Filialına - 39 saylı vəkil bürosuna ayırır və bu filial-vəkil bürosu da qazilərə, əlillərə ayrılan yardımı məhkəmələrlə ortaq yeyir. Belə hüquq, belə məhkəmə, sosial dövlət siyasəti olar?
Məhkəmə hakimiyyətinin qeyri-prosessuallığa uyan diqqətinə Ali Məhkəmə Plenumunun 10.04.2015 tarixli 5 saylı “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Qərarını diqqətlə oxumağı tövsiyə edirik. Hüquqi yardım göstərilmədən heç kəsin hüququna “ölüm” hökmü” kəsilə bilməz.
Məhkəmələr isə heç xəstəxanada yatan Qarabağ qazisinin iclasın ertələnməsi, vəkillə təminatı barədə ərizələrinə də baxmır…
Məğrur Bədəlsoy, MNX, 311 saylı palata
P.S. Xəstəxanadan Heydər Əliyev Fonduna, YAŞAT Fonduna, hüquq müdafiə təşkilatlarına, siyasi partiya rəhbərlərinə 1-ci dərəcəli Qarabağ qazisinə peşəkar vəkil ayrılmasına yardımçı olmalarını diləyirəm. Ombudsmana , VK-ya müraciətlərə qərəz prizmasından baxılır və dövlət məmurlarına (mü)vəkkillik qüvvəyə minir.
Məğrub Bədəlli
Teref.az olaraq şikayətdə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etmyə hazırıq!
Teref.az