"Həmin bu hakim Ramil Həsənovun Azərbaycan Beynəlxalq Unveristetini bitirməsinə dair diplomunun saxta olması təsdiq olundu." ŞİKAYƏT

19-07-2016, 11:24           

teref.aznun poçtuna daxil olan şikayəti oxuculara təqdim edirik:
Ucar rayonu Müsüslü kənd sakini İsmayılov Sənan Nüsrət oğlu

Bildirirəm ki, vəzifəli şəxslər saxta qızıl alverçisi ilə əbir olub mənə küllü miqdarda ziyanlar vurmuşdular.Belə ki, 11 may 2013-cü il tarixdə "Opel Omeqa" markalı 99 DN 223 dövlət nömrəli maşınımla hərəkətdə olan zaman saxta qızıl alverçisi Elvin Vahid oğlu Allahverdiyev sərxoş vəziyyətdə idarə etdiyi " Lexsus LS-460" markalı 10 TS 111 nömrə nişanlı avtomobili ilə mənim avtomobilimi vurub yararsız hala salmışdır.Saxta qızıl alverçisi rüşvət hesabına Baş Dövlət Yol Polis İdarəsinin təhqiqatçısı Naib Xanlarov rüşvət verib saxtakarlıq etmişdir.Guya həmin vaxt sükan arxasında qızıl alverçisi Elvin Allahverdiyev yox onun dostu İlham Qasımzadə olmuşdur.Ancaq ərazidə yaxınlıqda olan müşahidə kameralarına düşüb ki, qəza zamanı sükan arxasında İlham Qasımzadə yox qızıl alverçisi Elvin Allahverdiyev olub.Sadəcə olaraq işi araşdıran polis zabiti Naib Xanlarov rüşvət aldığı üçün saxtakarlıq etdi.Həmçinin onuda qeyd edim ki, həmin vaxt məlum oldu ki, Elvin Allahverdiyevin avtomobilinin sığorta sənədləri saxtadır.Buna görə də mənim avtomobilimə sığorta şirkəti kompensasiya ödəmədi.Ancaq bu saxtakarlığı edən Elvin Allahverdiyev barəsində buna görə heç bir tədbir görülmədi.Hansı ki, qanununa əsasən buna görə onun barəsində dərhal cinayət işi başlanılmalı idi.Ancaq rüşvət hesabına bu cinayət əməlinin üstü ört-basdır edildi. Avtoqəzadan sonra saxta qızıl alverçisi Elvin Allahverdiyev mənim avtomobilimi təmir etdirmək üçün sənədlərimi alıb avtoservizə qoydu.Orada uzun müddət saxlanıldı və ustalara pul verilmədiyindən avtomobilim küçəyə atıldı.Oradan isə Nizami rayon ərazisində yerləşən 11 saylı dayanacağa qoyuldu.İndi avtomobilim tam yararsız vəziyyətdədir.Saxta qızıl satıb milyonçu olmuş Elvin Allahverdiyev mənə vurduğu zərəri ödəmək əvəzinə pulunu ancaq rüşvətxor polis zabiti Naib Xanlarova və Nizami rayon məhkəməsinin hakimi Ramil Həsənova xərcləyib məsuliyyətdən yayınmış və işini bitmiş hesab etdi.Mən həmin "Opel Omeqa" markalı avtomobili bankdan kredit götürüb alıb taksi fəaliyyəti ilə məşğul olurdum.Baxmayaraq ki, ali təhsilliyəm, ehtiyatda olan zabitəm.Elvin Allahverdiyevin "Laçın" unvermağında 4 ədəd qızıl satışı dükanı var.2013-cü il tarixdə Elvin Allahverdiyevə və onun dostu İlham Qasımzadəyə qarşı qaldırdığım iddiama Nizami rayon məhkəməsinin hakimi Ramil Həsənov baxırdı.O, aldığı rüşvətdən hüquqlarımı müdafiə edən Vaqif Məmmədova da pul verib iddiamın baxılmamış saxlanılmasına dair qərardad çıxartmışdır.Sonradan mənə də məlum oldu ki, hüququ savadsızlığımdan sui-istifadə edib bu vicdansızlığı ediblər.Həmin bu hakim Ramil Həsənovun Azərbaycan Beynəlxalq Unveristetini bitirməsinə dair diplomunun saxta olması təsdiq olundu.Bəli belə saxtakar hakimin gördüyü işdə saxta olmalıdır.İndi isə iddiamı yenidən qaldırmışam və hazırda Nizami rayon məhkəməsinin hakimi Habil Əhmədovun icraaatındadır.Artıq maşınıma dəymiş zərərin miqdarını təyin edən nöqsan aktını əldə edib məhkəməyə təqdim etmişəm.Cavabdeh Elvin Allahverdiyev isə mənə bildirir ki, özünü çox yorma məhkəmə ilə işimi danışmışam.Mən kreditlə maşın almışdım kasıb adamam Elvin Allahverdiyev, İlham Qasımzadə kimi saxta işlərlə məşğul olmamışam ki, aparıb təhqiqatçıya hakimə rüşvət verib dəymiş ziyanımın alınmasına nail olum.Prezident İlham Əliyevə müraciət etmək istəyirəm ki, haqqıma nail olmaqda mənə köməklik göstərsin.Mən Elvin Allahverdiyevin qızıl satışının obyektiv yoxlanılması üçün də müvafiq orqanlara şikayət ərizəsi göndərmişəm.O, qızılı vətəndaşlardan ucuz alıb təkrar emal edib ucuz metallar qatıb baha qiymətə satmaqla həm dövləti həm də vətəndaşları aldadır.
Adları çəkilən hər bir şəxsin fikirlərinə yer verməyə hazırıq!
teref.az
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.