ETSN rəhbərliyi yəqin ki Türyançaydakı bu harınlıqdan bixəbərdir... - DƏHŞƏTLİ MƏNZƏRƏ...

23-01-2024, 09:28           
ETSN rəhbərliyi yəqin ki Türyançaydakı bu harınlıqdan bixəbərdir... - DƏHŞƏTLİ MƏNZƏRƏ...
Təəssüf ki, ölkəmizdə vəhşi təbiət qətliamı davam etməkdədir. Qanunsuz ovçuluq ölkəmizdə vəhşi quşların üzləşdiyi bir nömrəli problemdir. Hətta Xüsusi Mühafizə Olunan Ərazilərdə belə ov hallarını müşahidə etmək olur.

Xatırlayırsınızsa keçən günlərdə Qızılağac Milli Parkının ərazisində qarşılaşdığımız ovçular barədə paylaşmışdıq. Bu dəfə bizə məlumat daxil olub ki, qanunla vətəndaşların girişinin qadağan olduğu bir ərazidə - Türyançay Dövlət Təbiət Qoruğunda işçilər rəsmən bazar qurublar!

Belə ki, qoruğa daxil olmaq üçün meşəbəyiyə pul verən ovçular kefləri nə istəyir vururlar. Yerli işçilər də onlara bələdçilik edir.

Yaxınlıqdakı kəndlərdən birinin (Qaratorpaq kəndi) sakinindən əldə etdiyimiz məlumata görə "başqa yerdən gələn bir qrup ovçular" qoruq ərazisində qırmızı kitab növü olan İmperator qartalını (lat. Aquila heliaca) məhz caynaq və başını aksesuar kimi istifadə etmək üçün ovlayıblar!

Qoruq yaxınlığında təsərrüfatla məşğul olan həmin sakinin dediklərinə görə əraziyə ovçular tez-tez gəlir və rahat ov edirlər.

Təəssüf ki, bunu edənlərin kimliyi barədə məlumat əldə edə bilməmişik.

dia-az.info
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.