Gürcüstandan Azərbaycana gələrkən Azərbaycan Gömrüyündə itmiş 734 milyon....

26-01-2024, 00:08           
Gürcüstandan Azərbaycana gələrkən Azərbaycan Gömrüyündə itmiş 734 milyon....
Ötən il Gürcüstandan Azərbaycana 862 milyon 70,1 min dollar dəyərində məhsul ixrac olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Statistika İdarəsi yayıb.
Məlumat üçün bildirək ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatında isə göstərilir ki, ötən il Gürcüstandan 126 milyon 381,6 min dollar dəyərində məhsul idxal edilib.
Hər iki ölkənin açıqladığı rəsmi məlumatlardan belə görünür ki, 2023-cü ildə Gürcüstan Azərbaycana 862 milyon dollarlıq məhsul satdığı halda, Azərbaycan Gürcüstandan 126,4 milyon dollarlıq məhsul alıb.
Qeyd edək ki, iki ölkənin açıqladığı məlumat arasında təxminən 7 dəfə fərq var.
Onu da bildirək ki, daha əvvəl də Azərbaycanın digər ölklərlə ikitərəfli ticarət əlaqələrində bu cür fərqlər olub. Hətta, 2016-cı ildə Dövlət Gömrük Komitəsi ticarət dövriyyəsində yaranan fərqlə bağlı açıqlama da verib. Həmin açıqlamada qeyd olunurdu ki, MDB ölkələrinin əksəriyyəti və xarici ölkələrlə xarici ticarət statistikasının göstəriciləri arasında fərqlər 40%-ə çatır. Ancaq, yaxın qonşumuz olan Gürcüstanla ticarət əlaqələrində 7 dəfəyə yaxın fərq olduqca böyük göstərici hesab olunmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru