Prezidentə müraciət: Baş Göynük fəlakətlə üz üzədir... FOTO/VİDEO
27-01-2024, 12:12
TEREF yazır ki, İFADETV.COM İnformasiya Agentliyinin baş redaktoru İfadə Cəfərzadə Prezidentə və dövlətin səhaiyyət sahiblərinə baş verə biləcək fəlakət barədə müraciət ünvanltıb. Baş redaktor müraciətində yazır:
« Şəki rayonun Baş Göynük, Selbasan, Aşağı Göynük sakinlərinin sel təhlükəsi ilə bağlkı qeyd etdikləri faktlar üzrə yerində apardığımız araşdırmalar bu günədək həllini tapmadığı məlum olmuşdur. ASC-nin sədr müavini olmuş cənab Zakir Quliyevin yazdığı arayış formalı məktubuda yazılanların heç bir əsası yoxdur. Ona görə də məqalədə qeyd edilən faktların direktiv orqanlar tərəfindən təxirəsalınmaz araşdırlamsı zəruriyyəti yaranmışdır. Redaksiya olaraq bu istiqamətdə apardığımız araşdırmanı saytımız vasitəsilə də təkrar ictimailəşdiririk.
Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 206-cı maddəsinin 206.1. bəndində qeyd edilib ki, cinayətin törədilməsi və ya onun törədilməsinə hazırlıq faktına dair müvafiq kütləvi informasiya vasitəsinə məlum olmuş, cinayət işinin başlanması üçün səbəb hesab edilən kütləvi informasiya vasitələrinin məlumatları mətbuatda, radioda, televiziyada əks etdirildikdən sonra cinayət təqibi orqanlarına göndərilməlidir. Məcəllənin 206.2. bəndinə əsasən, törədilmiş və ya hazırlanan cinayətlərlə əlaqədar kütləvi informasiya vasitələrinə ünvanlanmış, dərc edilməmiş yazışmalar kütləvi informasiya vasitələrinin vəzifəli şəxsləri tərəfindən bu Məcəllənin 205-ci maddəsində nəzərdə tutulmuş qaydada cinayət təqibi orqanlarına göndərilə bilər. 206-cı maddənin 206.3. bəndinə görə, törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatları dərc etmiş və ya aidiyyəti üzrə göndərmiş kütləvi informasiya vasitələrinin vəzifəli şəxsləri, habelə həmin məlumatların müəllifləri onlarda olan və cinayət haqqında məlumatı təsdiq edən sənədləri təhqiqatçı ya, müstəntiqə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəməyə təqdim etməlidirlər.
Qanunvericiliyin xüsusi maddələrini nəzərə almağınız xahiş olunur.
Hörmətlə, baş redaktor İfadə Cəfərzadə
https://ifadetv.com/5080-sel-felaketile-uzlesmis-20000-insan-heyatini-tehlukeden-qurtarmasi-an-meselesidir-prezidente-ve-bas-nazire-muraciet.html