“Araz” supermarketlər şəbəkəsinin Bakı şəhər Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən filiallardan birində vaxtı ötmüş məhsullar satılır. News365.az xəbər verir ki, bu barədə sosial mediada video yayılıb. Dünən aldığı kolbasanın videosunu paylaşan sosial media istifadəçisi onun istifadəyə yararsız olduğunu qeyd edib. Paylaşılan videoda kolbasanın son istifadə tarixinin 9 noyabr 2023-cü il olduğu görünür. Bakıvaxtı.az məsələ ilə bağlı “Araz” supermarketlər şəbəkəsinə sorğu göndərib.