Baş həkimi Nəzakət Gülmmədova vəzifəsindən niyə istefa verdi?

30-01-2024, 09:58           
Baş həkimi Nəzakət Gülmmədova vəzifəsindən niyə istefa verdi?
Naxçıvan Perinatal Mərkəzinin (keçmiş Doğum Evi) yeni təyin olunmuş baş həkimi Nəzakət Gülmmədova vəzifəsinin icrasından imtina edib. Qadın və körpə ölümləri, rüşvət almaq iddialarına görə haqqında bir neçə cinayət işi açılmış ginekolog-cərrah Nəzakət Gülmməmədova yanvarın 11-də Naxçıvan səhiyyə nazirinin əmri ilə bu vəzifəyə təyin olunmuşdu. “Gündəlik Naxçıvan” bu məsələni işıqlandırdıqdan sonra, hadisə ictimaiyyətdə geniş rezonans doğurmuş, onun vəzifəyə gətirilməsi ciddi tənqidə tuş gəlmişdi.

Mərkəzdəki mənbələrin “Gündəlik Naxçıvan”a verdikləri məlumata görə, bu məsələyə vətəndaşların sosail şəbəkələrdəki kəskin münasibətindən sonra Azərbaycan Səhiyyə Nazirliyi işə qarışıb və yeni baş həkimin öz xoşu ilə vəzifəsini tərk etməsini tələb edib:
“10 gündən artıq baş həkim vəzifəsini icra etdikdən sonra gəlib dedi ki, məni bu vəzifəyə məndən xəbərsiz təyin etmişdilər, işləmək istəmirəm, ona görə də istefa ərizəsi yazdım. Halbuki, bu təyinatdan sonra sevindiyindən qonaqlıq da vermişdi. Deyilənə görə, 80 min manat verib bağlatdırdığı cinayət işləri də yenidən davam etdirilir. Məsələ ictimailəşəndən sonra gördülər ki, Naxçıvan cammatı bunun əlindən nələr çəkib. Paylaşılan xəbərə yazılan 100-lərlə tənqidi şərhlərin yazılması buna sübutdur. Naxçıvanda elə bir ailə yoxdur ki, onun əlindən ziyan çəkməsin. Hazırda cərrah kimi fəaliyyətini davam etdirir. Ümid edirik ki, tezliklə səhiyyədən qovulacaq və törətdikləri qanunsuz əməllərə görə həbs olunacaq”.
Nəzakət Gülməmmədovanın istefa ərizəsinin rəsmi şəkildə qəbul olunub-olunmaması ilə bağlı məlumat verilmir.
66 yaşlı cərrah-ginekoloq bundan əvvəl bir neçə ana və uşaq ölümünə görə ittiham olunub. Çoxsaylı şikayətlərdən sonra bu qanunsuzluqlarla bağlı da cinayət işləri açılmışdı. Naxçıvan prokurorluğu bu işlərin aqibəti ilə bağlı indiyə kimi heç bir rəsmi məlumat yaymayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.