Ağstafada Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarından qanunsuz ƏMƏL: Boş sənədə imza atıldı (FOTOFAKT)

30-01-2024, 10:18           
Ağstafada Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarından qanunsuz ƏMƏL:
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməli diqqət çəkib.

32gun.az-a daxil olan məlumata görə, sosial şəbəkədə gedən şikayətlə bağlı ETSN-nin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının əməli ikrah hissi oyadıb.

Belə ki, idarənin əməkdaşlarının Ağstafa rayonundakı ekoloji vəziyyətlə, ağac kəsilməsi ilə bağlı aldığı izahatdan sonra çıxarıb tərtib edəcəkləri akt boş olub və vətəndaşa boş vərəqə imza çəkdirilib.

Bildirilir ki, həmin sənəd prokurorun masasına göndəriləcək aktdır.

Bununla bağlı vətəndaş tərəfindən 32gun.az-a sənədin fotoşəkili daxil olub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru