Mübariz Mənsimova ağır İTTİHAMLAR = İDDİA
2-02-2024, 10:18
TEREF yazır ki, jurnalist Sima Babayeva sosial şəbəkələrdə MÇübariz Mənsimovla bağlı ağır ittihamlarla çıxış edib. Feysbukda öz səhifəsində paylaşdığı statusunda Sima xanım yazır:
Cəmiyyətə özünü xeyirxah,mərhəmətli insan kimi sırımaq istəyən Mübariz Mənsimovun necə bir "xeyriyyəçi" olduğunu zaman və Türkiyənin ədalət məhkəməsi sübut edib
.Bu "qəhrəman"ın iç üzünü açmaqda medianın da rolu az olmayıb.
Mətbuatın Mübariz Mənsimov haqqında yazdıqlarına bir daha nəzər salaq.
-M.Mənsimov hər müraciət edənə yardım göstərmir.Tələbi olur.Kömək istəyən çəkilişə razı olmalıdır.
Sonra çəkilmiş videomaterial sosial şəbəkələrdə,onun nəzarətində olan saytlarda verilir.
Bunu qəbul etməyənlər “xeyriyyə”ni görmür.Həm də hər adama yardım edilmir.Piara yarayacaq,reytinq gətirə biləcək obraz seçilir.
-Mübariz Mənsimovu hər kəsdən əvvəl elə öz doğma qardaşı Maarif Mənsimov ifşa etmişdi.
O,çirkli pulların yuyulmasında qardaşı Mübarizin əlinin olduğunu,mafiya ilə əlaqələrinin olmasını
demişdi.
Məsələn,çirkli pulların yuyulmasında iştirakı ilə tanınan erməni əsilli mafiya lideri Levon Termedzyanla Mübariz Mənsimovun əlaqəsi də üzə çıxmışdı.
Vətənpərvərlikdən ağızdolusu danışan Mübariz bəy pula görə Vətəni,Milləti unuda bilirmiş.
Hələ erməni ilə şərikliyi də var imiş.Onlar Termedzyanla USA LLC (2016-2019) şirkətinə ortaq rəhbərlik ediblər.
-"Palmali"yə məxsus “Shovket Alekperova” və şirkətin digər gəmilərində çalışan 150 işçi maaşlarını ala bilməmiş, gəmidəki yemək və təmiz su problemindən də əziyyət çəkmişdilər.
-M.Mənsimov gəmilərinə görkəmli şəxslərin,şəhidlərin adlarını verməklə özünə qarşı müsbət ictimai rəy yaratmaq istəyir.
Faktlar isə başqa şey deyir.Məsələn,neft qaçaqmalçılığında istifadə edilən,bir çox ölkənin qara siyahısında olan “ADRIATIC MARINER” adlı bir gəminin adını dəyişdirib “MAMMAD AMIN RESULZADEH” adlandırması rəzalətdir.
Mübariz Mənsimov və onun "Palmali"si haqqında çox yazmaq olar.
Hələ Türkiyədəki məlum məhkəmə prosesindən,həbsindən,FETÖ ilə əlaqədə ittiham olunmasından yazsam,xaricdə Azərbaycan əleyhinə fəaliyyət göstərən bloggerlərlə əlaqədə şübhəli bilinməsini də əlavə etsəm,onun "xeyriyyəçi" obrazı tamamlanar.
İndi isə bir kitab barədə bildirim.Türkiyədə Furkan Karabay adlı gənc yazıçının qələmə aldığı "GURBAN Kızıl Ordu’dan Silivri’ye" adlı kitab çapdan çıxıb.
Kitabda Mübariz Mənsimov və onun sahibi olduğu "Palmali" Şirkətlər Qrupundan bəhs olunur.
Deyilənə görə bu kitabı elə Mübariz bəy öz diktəsi ilə yazdırıb.Elə ona görə də sətirləri yalan-yalnışla doludur.
Yazılıb ki,Mübariz Mənsimov 1985-ci ildə kapitan hərbi rütbəsində Qızıl Ordunun hərbi kəşfiyyatında (askeri istihbarat) çalışıb. Yalandır!
Bu şəxs 1968-ci ildə doğulub.1985-ci ildə 17 yaşı olub,o yaşda da o rütbədə olmaq mümkün deyil.
Həm də 17 yaşı olan bir yeniyetməni hərbi kəşfiyyata cəlb etməzdilər.Onun hərbidə,daha sonralar aşpaz köməkçisi,aşpaz olduğu heç kimə sirr deyil.
İlkin zabit hərbi rütbəsi almaq üçün mütləq ali təhsilli olmalı idin.Kapitan rütbəsinə çatmaq üçün isə leytenant,daha sonra baş leytenant almaq lazım idi.Baş leytenant 2 ildən,kapitan isə bundan 3 il sonra verilirdi.İndi özünü yaxşı fikirləşin,
hesablayın,əziz oxucular.Məntiqlə düşünək.17 yaşında ali təhsilli olmaq olarmı? Təbii ki yox.
Deməli,Mübariz Mənsimovun kitabda göstərilmiş rütbələrə sahib olması,hərbi kəşfiyyatda (askeri istihbarat) olması da cəfəngiyyat,təxəyyüldən başqa bir şey deyil.
Bir zaman Əvəz Zeynallıya verdiyi müsahibəsində Əfqanıstanda hərbi xidmət keçməsi barədə dediyi qırmızı yalanların davamını kitabda gətirir.
Əslində isə Mübariz Mənsimov 1986-1988-ci illərdə Sovet Ordusunun Almaniya Demokratik Respublikasındakı hərbi bazalarının birində müddətli əsgəri xidmətdə olub.
Hamı kimi adi iki illik əsgərliyi başa vurub.Hərbi kəşfiyyatda olmayıb.Ola da bilməzdi.
Çünki kəşfiyyatçı olmaq üçün sıradan kimisə götürmürlər.Bunun isə heç bir xüsusi hazırlığı olmayıb.
Yalnız xörək bişirməkdə,qab yumaqda bir az səriştəsi olub ki,bu da onun gələcək aşpaz karyerasında rol oynayıb.
Mübariz Mənsimovun kəşfiyyatçı,xeyriyyəçi olması haqqında özünün özü haqqında uydurduğu nağıllar artıq keçərli deyil
.Bu qədər yalan danışmaqla müəyyən kütləni aldada,inandıra bilər.Ancaq hər yalanın da bir sonu olur.
TEREF: Xocanin Blogu
Səhifəmiz hamının üzünə açıqdır