Nizami rayonunda gizlin ev tikmək istəyən, hasar çəkən, dam dəyişən, darvaza qoyan... KİM VARSA... - Bu iişlərə Tural Cavadov baxır...

2-02-2024, 11:51           
Nizami rayonunda gizlin ev tikmək istəyən, hasar çəkən, dam dəyişən, darvaza qoyan... KİM VARSA... - Bu iişlərə Tural Cavadov baxır...
Paytaxtın bir çox rayonlarında yerli icra hakimiyyətləri tərəfindən gizli şəkildə torpaq satışı və sənədi olmayan evlərin tikintisinə "icazə" verilməsi davam edir. İcra hakimiyyətlərində gizli torpaq satışı və sənədi olmayan evlərin tikintisinə icazə işinə isə baxan şəxslər mövcuddur.

Belə rayonlardan biri də Bakının Nizami rayonudur. "Azərbaycan Reallığı" əldə etdiyi məlumatda bildirilir ki, Nizami rayonunda torpaq satışı və sənədi olmayan elərin tikintisi və sair tikinti işlərinə nəzarəti rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Tural Cavadov rəhbərlik edir.

Bildirilir ki, Tural Cavadov İcra başçısı tərəfindən ona tapşırılan bu işin öhdəsindən "məharətlə" gəlir. Məhz bu gün Nizami rayonunda gizlin ev tikmək istəyən, hasar çəkən, dam dəyişən, darvaza qoyan və sair işlərə nəzarət Tural Cavadovun əlindədir.

Şöbə müdirinin bu işlərdən yaxşı qazanc əldə etdiyi və qeyd etdiyimiz işləri görmək istəyənlərin isə Tural Cavadov "qanunları" ilə razılaşmaqdan başqa yollarının olmadığı deyilir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.