Yeni nazir də köhnələrin yolunu gedir...

5-02-2024, 08:36           
Yeni nazir də köhnələrin yolunu gedir...
Naxçıvanın təhsil naziri vəzifəsini icra edən Elxan Nəcəfov Kəngərli rayonunda qəbulu keçirib. Lakin, əvvəlcədən planlaşdırılmış görüşə şikayəti olan vətəndaşlar buraxılmayıblar. Görüşə buraxılmayanlar bir qrup şikayətçi müəllim və valideynlərdir.
Adının çəkilməsini istəməyən şikayətçilərdən birinin “Gündəlil Naxçıvan”a verdiyi məlumata görə, görüş ictimaiyyətdən xəbərsiz təşkil olunub:

“ Görüşdən bir gün xəbər tutduq. Müraciət etdik, dedilər, gecdir. Görüş keçirilən gün xeyli şikayətçi binanın qarşısına toplaşmışdı. Heç kimi buraxmadılar. 1-2 nəfər öz adamlarını qəbula saldılar. Özlərini reklam edirlər. Guya, vətəndaşların qayğısına qalırlar. Naxçıvan təhsilində rüşvət və özbaşınalıq baş alıb, gedir. Bu problemləri dinləmək istəmirlər”.

Görüş Kəngərli rayon İcra Hakimiyyətinin binasında baş tutub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru